Salam.Bu dərsimizdə Excelin YEARFRAC(ДОЛЯГОДА) funksiyası haqqında öyrənəcəyik.
YEARFRAC(ДОЛЯГОДА) funksiyası Функции
даты и времени - Date & Time-Tarix və zaman funksiyalar kitabxanasının alt funksiyasıdır.Bu
funksiya iki tarix arasında olan il fərqini tapmaq üçün istifadə olunur. Misal :
0, ABŞ (NASD) 30/360 üsulunu ifadə edir - Bu üsul, Milli Fond vasitəçilər Birliyi standartına görə ayı 30 gün, ili isə 360 gün qəbul edir və ay sonuna bərabər gələn verilmiş tarixlər üzərində spesifik tənzimləmələr həyata keçirir.
1, Faktiki/ Faktiki üsulunu ifadə edir - Bu üsul, göstərilən tarixlər arasındakı faktiki gün sayı və daxil edilən illərdəki faktiki gün sayını götürərək hesablama edər.
2, Faktiki/ 360 üsulunu ifadə edir - Bu üsul, göstərilən tarixlər arasındakı faktiki gün sayını götürərək hesablama edər, ancaq ili 360 gün qəbul edər.
3, Faktiki/ 365 üsulunu ifadə edir - Bu üsul, göstərilən tarixlər arasındakı faktiki gün sayını götürərək hesablama edər, ancaq ili 365 gün qəbul edər.
4, Avropa 30/360 üsulunu ifadə edir - 0'a bənzərdir. Bu üsul, ayı 30 gün, ili isə 360 gün qəbul edərək hesablama edər, ancaq ay sonu tarixlərini Avropa maliyyə üsullarına görə tənzimləyir.
Rus dilli Excel üçün : =ДОЛЯГОДА(A2,B2)
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
MƏQALƏ GÖNDƏR
==================================================
loading...
No comments:
Post a Comment