Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənlər bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur.
Access VB-nın obyektlər panelində cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, səhifələr və modullar düymələri görsənir. Bu düymələr vasitəsilə istənilən obyektə keçmək olur:
- Cədvəllər (Tables) – VB-nın əsas obyektidir. Müxtəlif tipli verilənlərdən təşkil olunmuş sətr (yazı) və sütunlardan (sahə) ibarətdir. Bir VB-da çoxlu cədvəl yaradıla və saxlanıla bilər. Açar sahə vasitəsilə cədvəllər arasında əlaqə yaradılır.
- Sorğular (Queries) – dəyişənləri verilən şərt əsasında seçməyə və dəyişməyə imkan verir.
- Formalar (Forms) – informasiyaya baxmağa və redaktə etməyə imkan verir.
- Səhifələr (Page) – faylları HTML formatında olan Access dəyişənlərinə İnternet Exrlorer veb brauzerinin (veb səyyahının) köməyi ilə baxmağa imkan verir.
- Hesabatlar (Reports) - informasiyaları ümumiləşdirməyə və çap etməyə imkan verir.
- Makroslar (Macros) – əmrlər vasitəsilə bir neçə əməliyyatı avtomatik yerinə yetirməyə imkan verir.
- Modullar – iş prosesində bəzi əməliyyatları Access-in makrokomandaları vasitəsilə yerinə yetirmək mümkün olmur. Bu halda Visual Basic for Applications (VBA) dilində proseduralar təşkil etmək olar. Belə əməliyyatlar modullar şəklində təşkil olunur.
Mənbə : https://az.wikipedia.org/wiki/Microsoft_Access
No comments:
Post a Comment