Salam.Bu dərsimizdə C# ilə 10-luq Say Sistemini 2-lik Say Sisteminə Çevirməyi öyrənəcəyik
Proqramımızı tərtib etmək üçün , Visual Studio C# bölməsindən yeni form əlavə edirik.Formu bucür əlavə edirik.Visual C#->Windows Form Application.Daha sonra Form-a 2 ədəd textbox,2ədəd label və 1 ədəd button düyməsi əlavə edirik və proqramımızın görünüşü bu cür olru :
İkili
say sistemi
Adından
da göründüyü kimi, ikili say sistemində bütün ədədlər
cəmi 2 rəqəm: 0 və 1 vasitəsilə ifadə olunur. İkili
ədədlərə misal olaraq, 0001010010, 1111,
011001111, 0, 11 və s. misal göstərmək
olar.
Onluq
ədədi ikili ədədə çevirmək üçün aşağıdakı qaydadan
istifadə edirik:
Onluq
ədədi ikiyə bölürük, qalığı yadda saxlayırıq (qalıq 0
və ya 1 ola bilər), qisməti isə yenidən ikiyə bölürük.
Yenidən qalığı yadda saxlayırıq və qisməti 2-yə
bölürük. Bu prosesi qismətdə 0 qiyməti alınana kimi davam
etdiririk. Sonda bütün aldığımız qalıqları əks sıra ilə
düzsək, verilmiş onluq ədədə müvafiq ikili ədədi almış
olarıq. Misal üçün, 35 onluq ədədini ikili ədədə çevirək.
Qalıqları
sondan əvvələ düzsək, alarıq: 100011
İndi isə həmin proqramı C#-da yazaq.
Məlumat
ölçüsü vahidi olaraq, bayt qəbul olunur. Bayt özü də bit
adlandırılan daha kiçik yaddaş elementlərindən ibarətdir.
Bir bayt 8 bit-dən ibarətdir.
Button düyməsinə klik edib kodlarımızı yazaq.
byte deyeri;
Byte bit;
deyeri= Convert.ToByte(textBox1.Text);
for (int i = 7; i >= 0; i--)
{
bit = (byte)(deyeri>> i & 1); //məntiqi verilən
textBox2.Text = textBox2.Text+Convert.ToString(bit);
}
Byte bit;
deyeri= Convert.ToByte(textBox1.Text);
for (int i = 7; i >= 0; i--)
{
bit = (byte)(deyeri>> i & 1); //məntiqi verilən
textBox2.Text = textBox2.Text+Convert.ToString(bit);
}
Daha sonra Start (F5) əmri ilə proqramımızı işə salırıq.
35 ədədinin 2-lik say sistemdə yazılışı : 100011-dir. (əvvəlki 00-lar 10-luq ədəd böyük olanda dəyişir )
Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
Dəstək olaq :
http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11
No comments:
Post a Comment