Salam.Bu dərsimizdə "C#"ilə Media Player proqramı tərtib edəcəyik.
İlk öncə Visual Studio proqramını işə salırıq və Visual C#->Windows Form Application əlavə edirik.
Sonra formumuza Toolboxdan 1 ədəd Windows Media player, bir ədəd button, 1 ədəd folderbrowserdialog,2 ədəd textbox, 1 ədəd də listbox əlavə edirik.
Media Player əlavə etmək üçün Tools►Choose ToolBox İtems ► COM Components ► Windows Media Player ardıcıllığı ilə forma əlavə edirik.
Proqramımızın ilk sadə görünüşü aşağıdakı kimi olacaq :
İndi isə proqramımızın kod hissəsini izah edək: İlk öncə formun klik hadisəsinə bu kodu yazırıq.using System.IO;
Daha sonra musiqiplayer adlı global dəyişən əlavə edirik
string musiqiplayer;
Növbəti mərhələdə Button1-in (Musiqi əlavə et adlı button ) kod hissəsinə aşağıdakı kodları yazırıq :
//*FolderBrowserDialog pəncərəsi açıldığında Ok butonuna basılıb basılmadığı
nəzarət edilir.Əgər basılmışsa if operatoru icra olunur if (folderBrowserDialog1.ShowDialog() == DialogResult.OK) { //FolderBrowserDialog pəncərəsində seçilen faylın adresini
musiqiplayer global dəyişəninə əlavə edir. musiqiplayer= folderBrowserDialog1.SelectedPath; //Seçilən fayl haqqında məlumat alır. DirectoryInfo melumat= new DirectoryInfo(musiqiplayer); //seçilən faylların adlrarını bir global dəyişənə artırır FileInfo[] fayllar= melumat.GetFiles(); //Dəyişəndəki melumatin hamısını listboxumuza əlavə edir. listBox1.Items.AddRange(fayllar);(Qeyd: qırmızı hərflə kodların izahı verilmişdir )
İndi isə Listbox-un kod hissəsinə aşağıdakı kodları yazırıq :
//textbox1'e \+listbox'da seçilen musiqinin adını əlavə edirik.
textBox1.Text = "\\" + listBox1.Text;
//Seçilən faylın adı ile textbox1'in textini birləşdirirk və textbox2'yə əlavə edirik.
textBox2.Text = musiqiplayer + textBox1.Text;
//mediaplayerdə işləməsi üçün ise bu kodu yazırıq.
axWindowsMediaPlayer1.URL = textBox2.Text;
Programımızdakı Textboxların ikisinində Properties► Visible ►False edin ki program çalışdığında görsənmiyəcək. Onlar arxa planda işləyəcək.
Kod hissəmizi tamamladıq indi isə proqramımızı işə salırıq (RUN vəya F5 əmri ilə)
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
Dəstək olaq :
http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11
https://www.netty.az/cgi-bin/onelike.cgi?id=25&lang=az
cox maraqlidir muellim,,tesekkur
ReplyDeletemende visual studio proqrami yoxdur e,,hardan yukleye bilerem?
ReplyDeleteSalam.Torrent olaraq yukleme etmeyi bacarirsiniz ?
ReplyDeleteBu linkden torrent olaraq rahatliqla yukleye bilersiniz
ReplyDeletehttp://kat.ph/microsoft-visual-studio-ultimate-2012-rtm-volume-english-iso-wzt-t6588035.html
ReplyDeletexeyir muellim bacarmiram,,nece edim?
ReplyDeleteyukledim muellim tesekkur
ReplyDeleteIlk once bu programi yukleyin (STABLE )
ReplyDeletehttp://www.utorrent.com/downloads/win
Daha sonra http://kat.ph/microsoft-visual-studio-ultimate-2012-rtm-volume-english-iso-wzt-t6588035.html bu saytdan download torrent sozune klik edib fayli yukleyin ve torrent programinda acin yukleme baslasin.1.49GBdir.// Ugurlar
cox sag olun eziyyet verdim
ReplyDeletebuyurun xosdur. neyse problem olsa deyin komeklik edek..ugurlar
ReplyDeleteAllah razi olsun
ReplyDeleteHamimizdan
ReplyDelete