Salam.Bu dərsimizdə Excelin DEC2OCT(ДЕС.В.ВОСЬМ) funksiyası haqqında öyrənəcəyik.
Инженерные функции - Engineering-Mühəndislik funksiyalar kitabxanasının alt kitabxanası olan DEC2OCT(ДЕС.В.ВОСЬМ) funksiyası Onluq say sistemində verilmiş ədədi Səkkizlik say sisteminə çevirmək üçündür.
Onluq say sistemində olan ədədi 8-lik say
sisteminə keçirmək üçün həmin ədədi 8-ə
bölürük.Qalığı qeyd edib qisməti yenidən 8-ə bölməklə
bölmə əməliyyatını qismətdə 8-dən kiçik rəqəm və
ya 8 alınana qədər davam etdiririk və sonuncu qisməti də qeyd
edirik.Alınmış sonuncu qismət 1-ci yazılmaqla,qalıqlar sonuncudan
1-ciyə doğru ardıcıllıqla yazılır.Məsələn :
79:8=9 qalıq=79:8=1 qalıq=1
79(10)=117(8)
Alınmış ədəd belə oxunur:bir bir yeddi.
İndi isə Exceldə (2007 və yuxarı versiya üçün ) bu düzgünlüyü yoxlayaq.A1 xanasına 79 yazaq.
İngilis dilli Excel üçün : =DEC2OCT(A1) -> Enter -> 117
Rus dilli Excel üçün : =ДЕС.В.ВОСЬМ(A1)-> Enter -> 117
Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
MƏQALƏ GÖNDƏR
==================================================
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
MƏQALƏ GÖNDƏR
==================================================
No comments:
Post a Comment