Müəllimlər üçün onlayn kalkulyator xidməti istifadəyə verilib
Dövlət
ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının
hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib. Bunun
üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən
“Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır.
Onlayn
kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan
bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər.
Müəllimlər “Onlayn kalkulyator” (http://edu.gov.az/az/calc)
keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla”
düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks
olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə
məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.
Yeni
xidmətin yaradılmasının məqsədi müraciət və şikayətlərin sayının
azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun
yüksəldilməsidir.
Gələcəkdə
ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan
müəllimlərin də əməkhaqlarının onlayn kalkulyator vasitəsilə
hesablanması nəzərdə tutulur.
No comments:
Post a Comment