Salam.Bu dərsimizdə Exceldə HARMEAN(СРГАРМ) funksiyası haqqında öyrənəcəyik.
HARMEAN(СРГАРМ) funksiyası Excelin Статистические функции-Statistical-Statistika funksiyalar kitabxanasının alt funksiyasıdır.Verilənlər çoxluğunun harmonik orta qiymətini hesablayır.Harmonik orta qiymət – tərs qiymətlərin hesabi orta qiymətinin tərsi olan bir kəmiyyətdir.HARMEAN(СРГАРМ) funksiyası çəkisiz harmonik ortanı hesablayır. Ondan çəkili harmonik ortanı hesablamaq üçün istifadə etmək olmaz.
Harmonik orta qiymətdən o zaman istifadə edirlər ki, statistik informasiyada külliyyatın ayrı-ayrı variantlarının tezliyi barəsində deyil, onların hasilləri haqqında məlumat olur. Harmonik orta qiymət aşağıdakı düsturlarla hesablanır.
Misal
Kartof yetişdirilən üç müxtəlif sahənin məhsuldarlığı uyğun olaraq 65,70 və 75 t olmuşdur. Orta məhsuldarlığı müəyyən edək.İndi isə həmin funksiyanı Excel də yazaq :
İngilis dilli Excel üçün :
Düsturumuz: =HARMEAN(A1,B1,C1)
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Rus dilli Excel üçün : =СРГАРМ(A1,B1,C1)-> Enter
Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
MƏQALƏ GÖNDƏR
==================================================
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
MƏQALƏ GÖNDƏR
==================================================
No comments:
Post a Comment