Labels

Friday, April 11, 2014

eBay-ın tarixçəsi

eBay web saytı haqqında xronologiya


15 il əvvəl hələ çox az adamın şəxsi web-saytı olduğu bir halda Pierre Omidyar tək adi bir sayt deyil, İnternet vasitəsilə məhsulların hərraca çıxarılması xidmətini yaratmağa təşəbbüs etdi. İlk lot onun özü tərəfindən yerləşdirilmiş sınıq indikator idi və hər şey məhz belə başlayır.
Pierre-in yeni şəxsi saytının açılışına heç kim gəlmir. Belə ki, 4 sentyabr ABŞ-da əmək günüdür. Hər kəs bayram edir, Pierre isə zəhmət çəkirdi. Gördüyünüz kimi də, əbəs yerə deyil. O ilk müştərisini çox gözləməli olmur. İndikatoru 14.83-cü ildə bir kolleksiyaçı əldə edir. Tezliklə hərrac yeni lotlarla dolmağa başlayır.
Pierre öz zəhmətinin bəhrəsini qeydiyyatdan keçirmək istədikdə ona domen adı olaraq EchoBay. com adını vermək istədi, lakin bu domen artıq mövcud idi. Buna görə də, o adı qısaldaraq eBay. com edir. Bu səbəbdən də eBay-ın tam olaraq 1997-ci ildə açıldığını güman etmək olar. Yeri gəlmişkən, bu il hərracda milyon dollarlıq lot sata bildi. Bu “Sezam küçəsi” verilişindən olan oyuncaq idi.
Növbəti illərdə eBay genişlənməyə davam edir. Hazır ki günümüzdə onlayn hərracda ən ağlasığmaz lotları görmək mümkündür. Məsələn, Koventri universitetinin tələbəsi qarğıdalı dənəciklərini satmağa cəhd etmişdiş Bu haqda bir çox mətbuatda çox yazmışdılar. Lakin bu yeganə hadisə deyildi. Hər il onlayn hərracda bir qəribəlik baş verir. Məsələn, 2005-ci ildə eBayda iki dəfə 1852-ci ilə aid pivə şüşəsi satılmışdı. Onun içərisində hələ pivə qalmışdı, ona görə də qiyməti olduğundan nisbəətn baha qiymətə satıldı. Birinci dəfə onu 304 dollara satmışdılar. Bu isə ona görə idi ki, satıcı bu pivə haqqında ətraflı məlumat yazmağa ərinmişdi. Sonradan belə məlum olur ki, satıcı cəmi bir hərfi yazmamışdı və bir çox insan bu məşhur pivəni tanıya bilməmişdi. eBayda bu pivəni əldə edən bir şəxs isə lot haqqında daha çox məlumat yerləşdirir və hətta şüşənin 12 şəklinin də əlavə edir. Hətta şəkillərin yerləşdirilməsi üçün pul da ödəyir. Çünki eBayda yalnız bir şəkili ödənişsiz yerləşdirmək mümkündür. Çox gözləmək lazım gəlmədi. Hərracda bu pivə şüşəsi ikinci dəfə 503.300 dollara satılır.
Bu internet hərracda təklif edilən lotlardan ən qəribəsi bir qadının öz alnında reklam yerləşdirmək təklifi idi. Burada da çox gözləmək lazım gəlmədi. GoldenPalace. com kazinosu bu lotu cəmi 10 min dollara əldə edir.
Ən sensasiyalı lotlardan biri Lee Harvey Oswald-ın atəş açdığı pəncərə idi. Lotun başlanğıc qiyməti çox yüksək – 100 min dollar idi. Lakin hərrac gedişində qiymət 3 milyona qədər yüksəlir. Alıcı müəyyən edildikdə o tək pəncərəni deyil, sənədləşməni də əldə edir. Yeri gəlmişkən, onu kimin əldə etdiyi hələ də müəyyən edilməyib. Bu haqda məlumata yalnız hərrac təşkilatçıları sahibdirlər.
İnsanlar hərracda daha nələri satmağa cəhd etməmişlər ki. Bir şəxs hətta özünü və dostlarını satışa çıxarmışdı. Lakin bu lot tezliklə hərracdan çıxarılır. Biri isə öz dövləti (Belçika) satmağa çalışırdı, lakin bu dəfə də lot sahibi heç bir pul əldə etməmiş lot silinir. eBayda hətta qitələrarası ballistik raket bazasını da satmağa cəhd etmişdilər.
Bu günkü günümüzdə eBaydan ən lazımsız əşyadan tutmuş, ən nadir əşyalara qədər əldə etmək mümkündür. Pierre Omidyar isə planetin ən varlı insanları sırasında 76-cı pilləni tutur. İl keçdikdə onlayn hərrac həm mətbuat, həm də hərrac iştirakçıları üçün daha sensasiyalı və maraqlı hal alır.

(c) Banker.Az

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru