Labels

Saturday, March 9, 2013

Exceldə nisbi və mütləq ünvanlar.

Salam.Bu dərsimizdə Excelin  nisbi və mütləq ünvanları haqqında öyrənəcəyik.


Mütləq və nisbi ünvan Excel proqramında hesablamalar aparmaq üçün ən vacib anlayışlardır. Onları bilmədən Excel-dən praktiki olaraq səmərəli istifadə etmək mümkün deyil.
Nisbi ünvanlar. Hesablama prosesində dəyişə bilən ünvanlardır. Onlarda dəyişən məlumat yazılır. Misal üçün A5, B4, C15  və s.Sabit olmayan məlumatı saxlamaq üçün nisbi ünvanlardan istifadə olunur.
Mütləq ünvanlar. Özündə sabit məlumat saxlayan ünvanlardır. Yəni həll olunan məsələdə bütün hesablama prosesində sabit qalan məlumat. Hesablama cədvəlinin müxtəlif ünvanlarından mütləq ünvana müraciət olunur. Mütləq ünvanı nişanlamaq üçün $ işarəsindən istifadə olunur. Mütləq ünvan 3 cür olur:
1)                   $ işarəsi ilə ancaq sütunu qeyd etmək olur . Misal üçün $A10. Bu halda sütun dəyişməz qalır, sətir isə dəyişir.
2)                   $ işarəsi ilə sətri qeyd etmək olar. Misal üçün, A$10. Bu halda məlumat eyni sətirdən, lakin müxtəlif sütunlardan götürülə bilər.
3)                   $ işarəsi ilə həm sətri həm də sütunu qeyd etmək olar Misal üçün $A$10. Bu halda məlumat həmişə 1 oyuqdan götürülür. Başqa sözlə desək bu oyuqdakı məlumat bütün hesablamalarda sabit olur.

Diqqətinizə görə minnətdaram. Növbəti dərslərədək  

4 comments:

  1. Təşəkkür edirəm.çox sağ olun.

    ReplyDelete
  2. Nisbi ünvani mütləq ünvana çevirmək üçün ne etmek lazımdı hansı işare ile etmek olar?

    ReplyDelete
  3. Mütləq unvani nisbi unvana ne çevirir?

    ReplyDelete

 
Рейтинг@Mail.ru