Labels

Friday, March 1, 2013

YouTubenin sirli dünyası

YouTube haqqında bir birindən  maraqlı faktlar ...

1. YouTube-un üç təsisçisi də (Steve Chen, Chad Hurley, Jawed Karim) öz layihələrinə başlayarkən Paypal-da işləyirdilər. 
2. YouTube domeni 15 fevral 2005-ci ildə işlənib hazırlanmışdır.
3. YouTube-da qeydiyyatdan keçmiş istifadəçilərin 70%-i ABŞ-dandır. Yaşı 20-dən aşağı olan istifadəçilər bütün istifadəçilərin 50%-i təşkil edir.
4. Əgər YouTube Hollywood kino şirkəti olsa idi, onda onun hər həftə 60000 yeni film buraxmaq üçün kifayət qədər materialı olardı.
5. Təkcə son 2 ay ərzində YouTube-a yüklənmiş videoları hazırlamaq üçün NBC, ABC, CBS tele-şirkətləri 1948-ci ildən etibarən istirahət günləri olmadan gecə-gündüz işləməli idi.
6. Youtube-dakı bütün videolara baxmaq üçün 1000 ildən çox vaxt lazımdır (lakin o vaxta qədər Youtube-a yüklənmiş videoların sayı milyard qədər artacaq).
7. Video yüklənilməsi üçün ən məşhur kateqoriya “Musiqi” bölməsidir, bu kateqoriyada YouTube-dakı bütün videoların 20%-i yerləşir.
8. YouTube-a ən çox video ABŞ-dan yüklənir, onun arxasınca Böyük Britaniya gəlir. Eləcə də ABŞ istifadəçiləri ən çox video izləyənlərdir, baxışların sayına görə ikinci yerdə isə Yaponiya gəlir.
9. YouTube-a yerləşdirilmiş ilk video onun təsisçilərindən biri olan Caved Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənilmiş “Mən zooparkdayam” videosudur.
10. YouTube-da videolara gündəlik baxış sayı 2 milyarddan çoxdur.
11. Google YouTube-u 2006-cı ildə 1,65 mlrd dollara satın almışdır.
12. 13 mart 2007-ci ildə «Viacom» şirkəti YouTube servisini müəllif hüquqlarının kütləvi şəkildə pozulmasında ittiham edərək Google-u məhkəməyə verdi. O, Google-dan servis istifadəçilərinin şəxsi məlumatlarını verməyi tələb edirdi. Nyu-york ştatının Cənub mahalının Federal məhkəməsi iddiaçının tələbini təmin etdi, bu da ABŞ federal qanununa zidd idi.
13. Videoları YouTube-da məşhur olan bir çox istifadəçilər nəticədə internetdən kənarda da ulduz ola biliblər. Məsələn, anası tərəfindən YouTube-a yerləşdirilən videolar sayəsində Kanadadan olan super-ulduz Castin Biber məşhur səsyazma studiyası ilə uzunmüddətli müqavilə bağlaya bilmişdir.
14. YouTube-da “Pasxa yumurtası”: əgər video yükləyərkən klavişi yuxarı, aşağı, sola və sağa bassanız onda “İlan” oyunu işə düşəcək.
15. 2010-cu il noyabr ayının statistikasına görə bir dəqiqə ərzində YouTube-a 35, gün ərzində isə 50400 saatlıq video yüklənir.
16. Silinən videolara Deleted YouTube Video Viewer kimi bir sıra proqramlarının köməyi ilə baxmaq mümkündür.
17. 2009-cu ilin martında Tibet rahiblərinin və Tibetin digər əhalisinin Çin əsgərləri tərəfindən döyülməsini göstərən videonun YouTube-da yerləşdirilməsindən sonra Çin hakimiyyəti tərəfindən sayta giriş qadağan edildi. 
Mənbə : (c) www.banker.az saytı

 

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru