Labels

Saturday, March 9, 2013

POWER POINT haqqında

Salam.Bu dərsimizdə POWER POINT proqramını tanıyacağıq.

Prezentasiya - (ingilis sözündə götürülüb “presentation”- təqdimetmə deməkdir) – müəyyən mövzuya aid olan rəngli şəkil-slayd toplusudur.  Power Point proqramı tətbiqi proqramlar sinfinə daxildir. Prezentasiyaların, öyrədici slaydlar, dəvətnamələr və s. yaradılması üçün istifadə edilir. Bu proqramda yaradılan faylların genişlənməsi .ppt-dir. Genişlənməni əvəz edən nişan - Word proqramından fərqli olaraq Power Point proqramında işləyən adam xüsusi yaradıcılıq qabiliyyətinə və bədii zövqə malik olmalıdır. Power Point proqramında yaradılan faylları – rəngli şəkillər, səslər, animasiya müşayiət edir. Yaradılan slaydlara kompüterin ekranında baxmaq üçün xüsusi əmrlərdən, geniş auditoriyada baxmaq üçün isə xüsusi proyektorlardan istifadə edilir. Power Point proqramında yeni fayl yaratdıqda açılan dialoq pəncərəsində slaydın müxtəlif növləri (maketləri) təklif olunur. Lazımi maketi seçmək lazımdır. Maket seçildikdən sonra lazımi atributlar (şəkil, mətn, başlıq) daxil edilir. Slayd hazır olandan sonra dizayn işləri aparılır. Yəni mətnin formatlanması, slaydın fon rənginin təyin edilməsi, istifadə olunan şəkillərin ölçüsünü dəyişdirmək, sayını çoxaltmaq, animasiya effektləri vermək, və s. Power Point proqramında yaradılan sənədə 4 rejimdə baxmaq olur:
1.                   Slayd rejimində
2.                   struktur rejimində
3.                   Slaydların toplantısı (sort) rejimində
4.                   qeydlər səhifəsi rejimində
Hər rejimin özünün düyməsi var və onlar ekranın sağ aşağı tərəfində yerləşir. Bundan əlavə həmin əmrlər baş menyunun View kateqoriyasına daxildir. Başqa proqramlarda olduğu kimi slaydların üzərində standart əməliyyatlar aparmaq mümkündür: Slayddan slayda keçmək, slaydı pozmaq, yeni slayd açmaq və s.

Diqqətinizə görə minnətdaram. Növbəti dərslərədək 

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru