Labels

Thursday, May 23, 2013

Word ilə Riyaziyyat həll edək

Salam.Bu dərsimizdə Word proqramında Riyaziyyat misallarını həll edəcəyik



Bu əməliyyatı yerinə yetirmək üçün Microsoft Office 2007,2010 və 2013 paketlərindən istifadə etməlisiniz.Bu paketlərə Microsoft Riyaziyyat paketini əlavə etmək üçün aşağıdakı proqramı yükləmək lazımdır.(İngilis dili üçün )

http://www.boxca.com/tjb4gb19il4e/MASetup_oyrenmek.blogspot.com.exe.html

Digər dillər üçün isə : http://www.microsoft.com/en-us/download/details.aspx?id=17786 saytını ziyarət edib yükləyə bilərsiniz.Saytda yükləmə qaydası yazılıb çox asandır.System Requirements bölməsində sistem tələbləri yazılıbdır.Microsoft .NET Framework 3.5 SP1 isə burdan yükləyə bilərsiniz : http://www.microsoft.com/en-us/download/details.aspx?id=22

Proqramı qurduqdan sonra Word proqramını açırıq və yeni Mathematics menusu ilə rastlaşacaqsınız.
İndi isə bir misal üzrə izah edək : Alt = düyməsi ilə Equation menusunu açırıq və misalımızı yazırıq. Məsələn :
3x+6=18 tənliyini həll edək :
Misalımızı yazandan sonra Compute -> Solve for x əmrin seçirik və x=4 cavabını özü yazır.
İndi isə qrafik quraq.Yenə Alt = düyməsi ilə Equation menusunu açırıq və y=kx+b funksiyasını yazıb Graph->Plot in 2D əmrini seçirik və aşağıdakı nəticəni alırıq.
Şəkildə TraceAnimate menusunu yanındakı ► düyməsini klik edin və qrafikin gözəlliyini hiss edin :) İşçi vərəqinə əlavə etmək istəyirsinizsə İnsert düyməsinə klik edin.
Qrafik üzərində dəyişiklik etmək istəyirsinizsə üzərinə 1 klik edin və Format menusunun  köməkliyi ilə edin :
Digər hesablamalar üçün Compute menusunun köməkliyi ilə tapa bilərsiniz.


Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək


FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
MƏQALƏ GÖNDƏR
==================================================





loading...

2 comments:

 
Рейтинг@Mail.ru