Labels

Wednesday, May 15, 2013

Bill Gates'in 31 milyon dollarlıq dəftəri

Bill Gatesin 1994-cü ildə 31 milyon dollar ödəyərək sahib olduğu bu dəftər göz qamaşdırır!



Microsoftun ortaq qurucusu Bill Gates, televiziya kanallarında görünməyə davam edir. Keçdiyimiz günlərdə CNBCdə Surface tableti müdafiə edən Gates, bu dəfə CBSin yeni proqramı 60 Minutesdə idi.

CBSdə Bazar günü nəşr olunan proqramda Gatesin fərdi ofisi gözlər önünə sərilir. Ofisdəki ən diqqət çəkən hissə 500 illik bir qeyd dəftəri olan Codex Leicester. İxtiraçı və elm adamı Leonardo da Vinçiyə aid 72 səhifəlik dəftərdə Vinçinin müxtəlif elmi mövzulardakı müşahidələri iştirak edir. 1994də Gatesə 30.8 milyon dollara olan dəftərin indiyə qədər satılan ən bahalı əl yazısı olduğu deyilir.






Gates, proqramda da Vinçidən ilham aldığını, onun sayəsində ətrafındakı dünya haqqında dayanmadan yeni şeylər öyrənmək istədiyini, başqa heç kimin özündə bu təsiri meydana gətirmədiyini söylədi. Gatesin DVD kolleksiyasının da göründüyü proqramda xeyriyyəçi Microsoft başçısının yüzlərlə saatlıq dərs diskinə sahib olduğu aydın oldu.

(c) Nəsimi İsgəndərov



No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru