Labels

Sunday, May 5, 2013

37 yaşlı APPLE I


Növünün işləyən 6 nümunəsindən biri olan bu əfsanə, yüz minlərlə dollar verəcək yeni sahibini axtarır!







Hələ də işlək vəziyyətdə olan altı Apple I modelindən biri olan kompüter önümüzdəki günlərdə açıq artırmaqla satışa təqdim ediləcək. Kompüterin 392.000 dollara satılacağı görülür.

Satışı reallaşdıracaq olan Alman hərrac evi Breker, kompüterin 261.000 ilə 392.000 dollar arası alıcı tapacağına inandıqlarını açıqladı. 1976-cı ildə inkişaf etdirilən kompüterdən yalnız 200 ədəd çıxarılmışdı. Bu gün bu 200 kompüterdən yalnız 50-sinin "həyatda" olduğu və bunların da yalnız altısının işlək vəziyyətdə olduğu təxmin edilir. Bazara çıxdığında klaviatura, monitor və güc qaynağı olmadan 666,66 dollardan satılan Apple I, parçalar halında satılan və alıcı tərəfindən birləşdirilməsi lazım olan bənzərlərindən fərqli olaraq tamamilə qurulu bir ana karta sahib idi.

Steve Wozniakın, Steve Jobsun ailəsinin qarajında inkişaf etdirdiyi ilk Apple marka kompüter olan Apple I, kolleksiyaçılardan böyük maraq görür: Kompüterin bir başqa işləyən nümunəsi keçən ilin dekabr ayında 640.000 dollara alıcı tapmışdı.

 Tərcümə : Nəsimi İsgəndərov
(c) www.oyrenmek.blogspot.com

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru