Labels

Monday, May 13, 2013

100 milyon Windows 8 ?


Microsoft 100 milyon Windows 8 satdığını söyləyir. Bu  gerçəkdirmi?



 Microsoft, keçən 6 ay içərisində 100 milyon Windows 8 kopiyası satdığına dair bir şərh etdi. Yaxşı bu kopiyalayarın neçə dənəsi həqiqətən istifadə edilir?

"Moor Insights & Strategy" firması analisti Patrick Moorhead, Microsoftun 100 milyon kimi bir dönüş nöqtəsinə çatdığını eşitdikdən sonra bu sual ilə maraqlanmağa başlamış. 100 milyon nöqtəsi haqqında əsl çətinliyin, bu ədədin nə ifadə etdiyini həll etmək olduğunu söyləyən Moorhead, "Bu ədəd, nə qədər çox məhsulun istifadə edildiyi mənasını vermir." deyərək danışmasına davam etdi.

Microsoft bir məhsul fabrikdən çıxıb bir tablet, PC və bənzəri bir məhsula yükləndiyi zaman və ya orijinal məhsul istehsalçısı (OEM) olan bir iş ortağına lisans göndərdiyi zaman, o məhsulu satılmış sayılır. OEMlərə göndərilən lisanslar da bu 100 milyonun əhəmiyyətli bir qisimini meydana gətirir. Microsoft üçün fabrikdən çıxmış - yəni satılmış - olan bu məhsulların içərisində, texnologiya marketlərində iştirak edən ancaq hələ istifadəçilərin əlinə keçməmiş "arada qalan" məhsullar da iştirak edir.

Moorheadın 100 milyon sayından şübhə eşitməsinin əsas səbəblərindən biri də buymuş. Doğru problemin "Neçə dənə Windows 8 PC satıldı və istifadə edilir?" olduğunu söyləyən Moorhead "Microsoftdan (mövzu haqqında) bir məlumat gəlmir olması pis bir xəbərdi. Əgər yaxşı bir xəbər olsaydı, Microsoft bu anda hər kəsə bunu eşitdirirərdi. Microsoft, ədədlər altında əzilmək yerinə, heç bir şey söyləməməyi seçir." deyərək şərhinə davam etdi


(c) Tərcümə : Nəsimi 
Diqqətinizə görə minnətdaram.
=================================
Dəstək olaq :

 http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11 
 


No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru