Labels

Monday, May 20, 2013

3 Əməliyyat Sistemli tablet

3 Əməliyyat Sistemi ilə işləyən yeni model tablet




Saysız tablet modeli ilə dolub daşan texnologiya bazarı, bəlkə də ən böyük problemi əməliyyat sistemindən yanadır.. Kimiləri məhsulu bəyənirkən, əməliyyat sistemini bəyənmir, kimiləri də fərqli bir cihaz üzərində, əlaqəsiz bir əməliyyat sistemi işlətməyi bəyənmir...

Lakin bu vəziyyətə Ekoore Python S3 ilə bir son vermək mümkündür. Xüsusilə əməliyyat sistemini seçməkdə çətinlik çəkən istifadəçilər üçün bir "imdad düyməsi" kimi qarşımıza çıxan cihaz  Android, Windows 8 və Ubuntu əməliyyat sistemlərini özündə saxlayır. İtalyan bir firma tərəfindən çıxarılan tabletin Avropadakı satış qiyməti 599 avroykən, ABŞ-da 770 dollardır. 11.6 düymlük 1.366 x 768 həllolma dəqiqliyə sahib cihazı, istədiyimiz zaman klaviaturaya da taxa bilirik.

Texniki xüsusiyyətlərinə baxacaq olsaq: 1.1 GHz sürətində cüt nüvəli İntel Celeron 847 prosessor və 2 GBlik RAM ilə qarşımıza çıxan cihaz eyni zamanda 32 GB SSDə sahibdir. HDMI çıxışı, USB girişi, microSD dəstəyi və tez-tez istifadə edilən qulaqlıq girişi də məhsulun üzərində iştirak edir.

(c) Tərcümə : Nəsimi

 

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru