Labels

Friday, May 3, 2013

Ilk web sayt !

20 il əvvəl  yaradılan ilk web sayt uzun bir aradan sonra yenidən istifadəyə verildi


CERN laboratoriyaları ilk veb səhifəsini 20 il əvvəl yaradılmasında istifadə edilən orijinal təchizat və proqramı istifadə edərək yenidən meydana gətirdi. CERN veb idarəçisi Dan Noyes məqsədlərinin insanlara internetin nə qədər sürətli və kökdən dəyişdiyini göstərmək olduğunu ifadə edir: "Uşaqlarımın o anın əhəmiyyətini qavramasını istəyirəm. Veb indiki vaxtda o qədər məkandan müstəqil hala gəldi ki, nə qədər kökdən dəyişdiyini fərq etmək çətinləşdi."
Vebin doğulduğu günlərdəki halıyla texnologiyanın günümüz internet istifadəçisinə nələr hiss etdirəcəyini bilməyirik. Ancaq CERN səlahiyyətliləri əgər "komik" bir görünüşlə qarşılaşmağı gözləyirsinizsə təəcüblənəcəksiniz çünki səhifənin qrafik qabiliyyətlərinin o zamanın standartları üçün belə olduqca yüksək olduğunu ifadə edirlər. CERN spikeri Ceyms Gillies o günlərdə yaşadıqları həyəcanı bu sözlərlə ifadə edir: "Səhifəni doğrudan təşkil edə bilirdiniz. İnanılmaz bir şey idi. Son dərəcə inkişaf etmiş bir şey idi."

World Wide Vebin yaradıcısı olan Tim Berners Lee ilk veb serverini, CERNdə 1989-cu ildə NeXT marka bir kompüter istifadə edərək meydana gətirmişdi. WWW texnologiyası 30 Aprel 1993 tarixində, təmənnasız olaraq istəyən hər kəsin istifadəsinə açılmışdı.

Yenidən həyata keçirilərək təkrar nəşr olunan, dünyanın ilk veb səhifəsini görmək istəyirsinizsə linkə daxil olun

http://info.cern.ch/hypertext/WWW/TheProject.html

 (c) Tərcümə etdi : Nəsimi İsgəndərov
Diqqətinizə görə minnətdaram.

 


No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru