Labels

Saturday, March 25, 2017

Exceldə YEARFRAC(ДОЛЯГОДА) funksiyası

Salam.Bu dərsimizdə Excelin YEARFRAC(ДОЛЯГОДА) funksiyası haqqında öyrənəcəyik.

YEARFRAC(ДОЛЯГОДА) funksiyası Функции даты и времени - Date & Time-Tarix və zaman funksiyalar kitabxanasının alt funksiyasıdır.Bu funksiya iki tarix arasında olan il fərqini tapmaq üçün istifadə olunur. Misal :


Əsas tarix günlərinin hesablanması 4 mərhələli tarix seçimi üzrə aparılır.Həmin seçimlərin izahı :
0, ABŞ (NASD) 30/360 üsulunu ifadə edir - Bu üsul, Milli Fond vasitəçilər Birliyi standartına görə ayı 30 gün, ili isə 360 gün qəbul edir və ay sonuna bərabər gələn verilmiş tarixlər üzərində spesifik tənzimləmələr həyata keçirir. 
1, Faktiki/ Faktiki üsulunu ifadə edir - Bu üsul, göstərilən tarixlər arasındakı faktiki gün sayı və daxil edilən illərdəki faktiki gün sayını götürərək hesablama edər.
2, Faktiki/ 360 üsulunu ifadə edir - Bu üsul, göstərilən tarixlər arasındakı faktiki gün sayını götürərək hesablama edər, ancaq ili 360 gün qəbul edər.

 3, Faktiki/ 365 üsulunu ifadə edir - Bu üsul, göstərilən tarixlər arasındakı faktiki gün sayını götürərək hesablama edər, ancaq ili 365 gün qəbul edər.
 4, Avropa 30/360 üsulunu ifadə edir - 0'a bənzərdir. Bu üsul, ayı 30 gün, ili isə 360 gün qəbul edərək hesablama edər, ancaq ay sonu tarixlərini Avropa maliyyə üsullarına görə tənzimləyir.


 Rus dilli Excel üçün :  =ДОЛЯГОДА(A2,B2)

Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
MƏQALƏ GÖNDƏR
================================================== 



loading...

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru