Labels

Wednesday, April 4, 2018

Exceldə TRANSPOSE(ТРАНСП) Funksiyası

Salam.Bu dərsimizdə Excelin TRANSPOSE(ТРАНСП) funksiyası haqqında öyrənəcəyik.

TRANSPOSE--ТРАНСП-- YERDƏYİŞMƏ funksiyası Ссылки и массивы - Lookup & Reference-Axtarış & Istinad  funksiyalar kitabxanasının alt funksiyasıdır. Bu funksiya vasitəsilə sətirləri sütunlara, sütunları sətirlərə köçürmək mümkün olacaq.
Funksiyanın sintaksisi aşağıdakı kimidir :
TRANSPOSE (array)
ТРАНСП(массив)
İndi isə nümunə üzrə izah edək :Hər hansı bir cədvəl tərtib edək və sətirlə sütunun yerini düsturumuz vasitəsilə dəyişək.
Şəkildə göründüyü kimi cədvəlimizə uyğun sayda xanaları seçirik,düsturumuzu yazırıq və ENTER Düyməsinə  YOX  Shift+Ctrl+Enter (Ctrl+Shift+Enter-lə də icra olunur) basırıq. Bu hissəsi çox önəmlidir,  Enter düyməsini vursaq, o zaman formul düzgün işləməyəcək.
Biz həm sətirlə sütunun yerini və əksini şəkillə izah etdik.
Qeyd: Cədvəlin hər hansı bir xanasını ayrı-ayrılıqda silmək mümkün deyil ancaq bütövlükdə silə bilərik.
Cədvəldə ediləcək hər hansı bir dəyişiklik digər cədvəldə avtomatik əks olunacaqdır.
 Rus dilli Excel üçün :


Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək .
 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
 ================================================== 
MƏQALƏ GÖNDƏR
================================================== 


No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru