Alman məhkəməsi Google xidməti haqqında internet nəhəngini şok edən bir qərar imzaladı!
Alman Federal Məhkəməsi, axtarış xidmətində olan avtomatik tamamlama xüsusiyyətinin fərdi gizlilik qanununa zidd olduğu səbəbiylə Googledən tənzimləmələr etməsini tələb etdi.
Qərar, Köln Yüksək Bölgə Məhkəməsinin götürdüyü bir qərarın Federal Məhkəmə tərəfindən təsdiqlənildiyi duruşma sonunda alındı. Bu qərarın alınmasına gətirib çıxaran əsl iddianın maraqlı bir hekayəsi var: Scientology təriqətiylə əlaqəli bir adamla eyni adı daşıyan bir təşəbbüskar, adı Googledə axtarıldığında, avtomatik tamamlama variantı üzündən adının yanına həm təriqətə bağlı həm də "fırıldaqlıq" bənzəri mənfi əlavələr gətirilməsi səbəbiylə məhkəməyə müraciət etdi. Ancaq işin içinə keçmiş Almaniya Baş nazirinin həyat yoldaşının da daxil olmasıyla hadisə böyüdü.
Keçmiş Almaniya Baş naziri Christian Wulffun həyat yoldaşı Bettina Wullf, evlənmədən əvvəl fahişəlik etdiyi iddialarıyla mübarizə etmək məcburiyyətində qalmışdı. Söz-söhbətlərin yayılmasıyla birlikdə Bettina Wullf adı axtarıldığında avtomatik tamamlama xüsusiyyəti adın yanına "fahişə" və "eskort" kimi əlavələr etməyə başladı. Məhkəməyə müraciət edərək Googledən şikayətçi olan Wullf, ehtiyat tədbir qərarı aldırmışdı. Bu an Wullfun adı Googledə axtarıldığında avtomatik tamamlama, adının yanına bu cür əlavələr yerləşdirmir.
Məhkəmənin verdiyi son qərar Google axtarış xüsusiyyətini necə təsir edəcək, indidən bir şey söyləmək çətindi. Wullf nümunəsində firma yalnız Almaniyaya xüsusi tənzimləmə etməmiş, bütün xidmətlərini təsir edən dəyişikliklər etmək məcburiyyətində qalmışdı. Bu son qərar Google xidmətlərində daha dərin təsirlərdə olacaqmı onu zaman göstərəcək.
Təşəkkür məlumat üçün
ReplyDeleteSizlerede tesekkurler.bizleri izlediyiniz ucun
ReplyDelete