2012-ci ildə satılmış ən bahalı domenin adı açıqlanıb
Hal-hazırda 329 yuxarı səviyyəli domen mövcuddur, qeydiyyatdan keçmiş domen adlarının ümumi sayı isə təxminən 246 milyona bərabərdir. Onların 104,9 milyonu ".com", 14,1 milyonu ".net", 9,7 milyonu ".org", 6,7 milyonu ".info" və "2,2" milyonu ".biz" domeninin payına düşür. GoDaddy.com ən böyük domen registratoru olaraq qalıb. Onun bazar payı 32.44 faizə bərabər olub. Investing.com 2012-ci ildə satılmış ən bahalı domen adı olub. Sazişin qiyməti 2,45 milyon dollar təşkil edib.
No comments:
Post a Comment