Labels

Tuesday, May 28, 2013

Çindən ABŞ-a hacker hücumu

Çinli hackerlər ABŞın müdafiə sənayesini hacker hücumuna məruz qoydu

Yeni bir hesabata görə ABŞın ən inkişaf etmiş silah sistemləri, Çinli hackerlər tərəfindən hacklanmış və silahların dizayn məlumatlarının ələ keçdiyi deyilir.

Vaşinqton Postun əlinə keçən gizli sənədlərə görə hacklanan silah sistemləri arasında F-35 Joint Strike Fighter döyüş təyyarəsi və PAC-3 Patriot mərmi sistemi var. Hacklandığı deyilən digər cihazlar arasında isə Terminal High Altı ididə Area Defense (THAAD), F/A-18 döyüş təyyarəsi, V-22 Osprey və sahil patrulu üçün istifadə edilən Littoral Combat Ship var.

Hücumların nə vaxt təşkil edildiyi və nə qədər məlumatın ortaya çıxdığı kimi məlumatlar hələ açıqlanmır. Ancaq iddialar, bu hack hadisəsi sayəsində Çinin öz inkişaf etmiş silah sistemlərini inkişaf etdirmədə əhəmiyyətli bir sıçrayış yazacağını söyləyir.

Hesabat və analistler, hacklanmağı müdafiə etmədən məsul idarələrin  təhlükəsizliyi zəif tutmasına bağlayırlar. Adı açıqlanmayan səlahiyyətli bir əsgəri  Vaşinqton Posta etdiyi şərhdə "bir çox vəziyyətdə FBI gəlib qapını döyənə qədər hacklandıqlarını belə bilmirlər" deyir.

(c) Tərcümə : Nəsimi

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru