Yeni ortaya çıxan bu virus kompüterinizə girib antivirusunuzu bağlayır.Çox təhlükəlidir
Kompüter piratlarının son zamanlarda yaratdığı ən təhlükəli zərərlilərdən olan Beta Bot, kompüteri son dərəcədə inkişaf etmiş bir üsul istifadə edərək ələ keçirir: Bir dəfə kompüterə endirildikdən sonra tanıdığıı 30 anti virus proqramından hansının yüklü olduğunu yoxlayır. Daha sonra tanınmamaq üçün yüklü anti virus proqramını bağlayır.
Anti virus proqramını bağlamaq üçün idarəçi haqqlarına ehtiyac duyan Beta Bot, bu haqqları şəxsən istifadəçidən alır. Bir səhv mesajı bildirərək ziyanlı bir qovluğu təmir etmək üçün istifadəçidən idarəçi haqqları verməsini tələb edən zərərli, Windows səhv mesajlarına çox bənzəyən mesaja inanan istifadəçiləri rahatlıqla aldadır. Bir dəfə istifadəçi haqqlarını əldə etdikdən sonra zərərli, aktiv anti virus proqramını təsirsiz hala gətirir.
Bu nöqtədən sonra zərərli əsl vəzifəsini yerinə yetirməyə başlayır: Kompüteri DDoS hücumlarında istifadə edir, çöldən daxilolma təmin edir. G DATA firmasından təhlükəsizlik mütəxəssislərinin ifadə etdiyinə görə Beta Bot qara bazarda təxminən 500 Avrodan satılır. Mütəxəssislər, bu qədər təsirli bir zərərli üçün bunun çox uyğun bir qiymət olduğunu ifadə edirlər.
Zərərlidən qorunmaq üçün nə etmək lazımdır? Prioritetli olaraq anti virus proqramınızın aktual olduğundan əmin olun. Facebook, Twitter və bənzəri saytlarda qarşınıza çıxan əlaqələri, AVG LinkScanner bənzəri bir vasitə ilə axtarın. Son olaraq birdən-birə sizdən idarəçi imtiyazları istəyən mesajlara qarşı cavablarda diqqətli olun. Haqqları hansı proqramın tələb etdiyini təyin etmədən istəkləri təsdiqləməyin. Ən kiçik bir şübhəniz varsa, bu cür tələbləri təsdiqləməyin.
(c) Nəsimi
Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir
==================================================
Dəstək olaq : http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11
No comments:
Post a Comment