Labels

Monday, May 27, 2013

Exceldə Xüsusi Cədvəl

Salam.Bu dərsimizdə Exceldə xüsusi cədvəlin yaradılmasını öyrənəcəyik.



Xüsusi cədvəl(PivotTable) hesabatı çox miqdarda məlumatı sürətli şəkildə yekunlaşdırma imkanı təmin edən  bir yoldur. Ədədi məlumatları detallı olaraq təhlil etmək və məlumatlarınızla əlaqədar gözlənilməz sualları cavablandırmaq üçün PivotTable hesabatını istifadə edə bilərsiniz. Pivot Table ilə asan formatlaşdırma da etmək mümkündür.İndi isə misal üzrə izah edək :
İNGİLİS DİLLİ EXCEL ÜÇÜN : İlk öncə bir siyahı tərtib edək
İndi isə bu siyahını Pivot Table ilə xüsusi cədvəl formasında tərtib edək.Bunun üçün İnsert►PivotTable əmrini seçirik.
Table/Range bölməsində siyahımızın diapazonunu seçirik və aşağıda xüsusi cədvəlimizin yeni səhifədə açılmasını aktiv edirik və OK əmrini verib nəticəmizi əldə edirik.

Burada Pivot Table Fields proqram pəncərəsinin köməkliyi ilə istədiyimiz başlıq üzrə siyahını əldə edə bilərik.


Bölgələri formatlaşdırmaq lazım olduqda Bölgələr sözünün üzərinə mausu gətiririk və popup menu vasitəsilə bölgələrimiz açılacaq və burdan istədiyimiz bölgənin satışına baxa bilərsiniz
Bu qayda ilə həmdə məhsullara baxa bilərsiniz.

RUS DİLLİ EXCEL ÜÇÜN : (2003)
Rus dilli Exceldə isə aşağıdakı qayda ilə edirik :
Данные ► Сводная таблица...
Далее düyməsinə klik edib növbəti mərhələyə keçib diapazonu təyin edib Далее  edirik
Yeni cədvəlimizini yeni səhifədə açılması əmrini veririk

 
Xüsusi cədvəlimiz hazırdı



 Son mərhələdə isə siyahımızın başlıqlarının necə yerləşməsini özümü qururuq.Bunu etmək üçün mausla istədiyiniz başlığı sürüşdürün istədiyiniz yerə
Burada da formatlaşdıma edə bilərsiniz.
Bu dərsimiz bu qədər.Növbəti dərsimizdə Xüsusi cədvəlin qrafikini quracağıq.


Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
Dəstək olaq : http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11


1 comment:

 
Рейтинг@Mail.ru