Labels

Wednesday, July 24, 2013

Android 4.3 rəsmi olaraq tanıdıldı!

Android 4.3 və onu istifadə edən yeni Nexus- Google tərəfindən rəsmi olaraq tanıdıldı!


Google bu gün təşkil etdiyi iclasda son zamanlarda adından tez-tez bəhs etdiyimiz Android 4.3ü tanıtdı

Android 4.3, Android 4.2in üzərinə çox böyük yeniliklər gətirmir. Dəyişikliklər arasında yenidən hazırlanan kamera interfeysi, interfeysin daha axıcı olması üçün performansda edilən inkişaf etdirmələr və yeni əlavə olunan Bluetooh Low Energy dəstəyi var.


Nexus 7-nin yenilənən versiyası isə yenə Asus tərəfindən çıxarılır. Həllolma əmsalı 1.920x1.200ə yüksəldilən cihaz, artıq 7 düymlük ekranında 323 ppi piksel sıxlığı təqdim edir. Ekran, cızıqlara qarşı olduğu qədər barmaq izlərinə qarşı da müqavimətli hala gəlmişdir . Gücünü 1.5 GHz dörd nüvəli Qualcomm S4 Pro prosessorundan alan cihaz, qrafik gücünü isə Adreno 320 GPUdən təmin edir. Cihazın prosessorları, 2GBlik RAM ilə dəstəklənir. Yeni Nexus 7, təbii ki ən yeni Android olan Android 4.3 ilə işləyir

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru