Labels

Tuesday, December 20, 2016

Exceldə DEC2HEX (ДЕС.В.ШЕСТН) funksiyası

Salam.Bu dərsimizdə Excelin DEC2HEX (ДЕС.В.ШЕСТН) funksiyası  haqqında öyrənəcəyik

Инженерные функции - Engineering-Mühəndislik funksiyalar kitabxanasının alt kitabxanası olan 
DEC2HEX (ДЕС.В.ШЕСТН) funksiyası onluq say sistemində verilmiş ədədi onaltılıq say sisteminə çevirmək üçündür.
nluq say sistemindən ikilik (səkkizlik, onaltılıq) say sisteminə keçmək üçün ədədi ikiyə (səkkizə, on altıya) bölmək və qalığı qeyd etmək lazımdır. Sonra aldığımız cavabı yenidən ikiyə (səkkizə, on altıya) bölüb qalığı qeyd edirik. Prosesi axıra kimi davam etdiririk. Sağdan sola ardıcıl qalıqları yazırıq

Mənbə: http://www.magistrol.com/2015/07/informatika-1.5-say-sistemleri.html
 Onluq say sistemindən onaltılıq say sisteminə keçmək üçün ədədi onaltıya bölmək və qalığı qeyd etmək lazımdır. Sonra aldığımız cavabı yenidən onaltıya bölüb qalığı qeyd edirik. Prosesi axıra kimi davam etdiririk. Sağdan sola ardıcıl qalıqları yazılır.
10-luq say sistemində sıfırdan on altıya qədər olan ədədlər belə işarə olunur:
10-luq 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
16-lıq 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F

Misal:
77:16=4 qalıq=13 yəni D
77(10)=4D(16)
 İndi isə Exceldə bu düzgünlüyü yoxlayaq.A1 xanasına 77 yazaq.

İngilis dilli Excel üçün : =DEC2HEX
(A1) -> Enter->4D
Rus dilli Excel üçün : =ДЕС.В.ШЕСТН(A1)-> Enter -> 4D



Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
MƏQALƏ GÖNDƏR
==================================================

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru