Labels

Tuesday, December 13, 2016

Exceldə DEC2OCT(ДЕС.В.ВОСЬМ) funksiyası

Salam.Bu dərsimizdə Excelin DEC2OCT(ДЕС.В.ВОСЬМ) funksiyası haqqında öyrənəcəyik.

Инженерные функции - Engineering-Mühəndislik funksiyalar kitabxanasının alt kitabxanası olan DEC2OCT(ДЕС.В.ВОСЬМ)  funksiyası Onluq say sistemində verilmiş ədədi Səkkizlik say sisteminə çevirmək üçündür.
Onluq say sistemində olan ədədi 8-lik say sisteminə keçirmək üçün həmin ədədi 8-ə bölürük.Qalığı qeyd edib qisməti yenidən 8-ə bölməklə bölmə əməliyyatını qismətdə 8-dən kiçik rəqəm və ya 8 alınana qədər davam etdiririk və sonuncu qisməti də qeyd edirik.Alınmış sonuncu qismət 1-ci yazılmaqla,qalıqlar sonuncudan 1-ciyə doğru ardıcıllıqla yazılır.Məsələn :
79:8=9 qalıq=7
9:8=1 qalıq=1
79(10)=117(8)
Alınmış ədəd belə oxunur:bir bir yeddi.

 İndi isə Exceldə (2007 və yuxarı versiya üçün )  bu düzgünlüyü yoxlayaq.A1 xanasına 79 yazaq.

İngilis dilli Excel üçün : =DEC2OCT
(A1) -> Enter -> 117

Rus dilli Excel üçün : =ДЕС.В.ВОСЬМ(A1)-> Enter -> 117
Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
MƏQALƏ GÖNDƏR
==================================================


No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru