Labels

Friday, March 22, 2013

3,5 milyon avroya CD

3,5 milyon avroya CD !





 Alman hökuməti yenə də bunu etdi: onlar anonim mənbədən İsveçrə bankında hesabları yerləşən Almaniya vətəndaşları haqqında məlumat bazası toplanmış CD diski aldılar. İnformasiya digər bir dövlətin bank sirrinə aid olduğu üçün o, qəti şəkildə qanuni yolla əldə edilə bilməzdi. Bu mənbə ya xaker, ya da qanunu pozaraq öz işəgötürənindən informasiya oğurlanmış, bank əməkdaşıdır.  
Əhvalat eyni ilə iki il bundan öncə olduğu kimi baş verib. Disk adı naməlum saxlanılan şəxsdən əldə edilib. Diskin dəyəri milyonlarla ölçülür  daha dəqiq desək 3,5 milyon), zərərçəkmiş insanlar isə artıq vergidən yayınmaqda təqsirli olduğunu etiraf etməyə başlayıblar. Hökumət ümid edir ki, kompromat vasitəsi ilə  həm vergilər, həm də  cərimələr sayəsində 100 milyon avrodan artıq vəsait toplaya biləcəklər.  
Xəbərdə deyilir ki, əldə olunmuş diskdə təqribən 1000-1500 zəngin alman haqında informasiya toplanıb və onlar hamısı eyni zamanda Coutts özəl bankının İsveçrənin şöbəsinin müştəriləridir. Bu vətəndaşlardan hər birinin sərvətinin miqdarı onlarla və ya yüzlərlə milyonlarla dollar ilə ölçülür. Coutts nümayəndələri rəsmi açıqlama ilə çıxış edərək, kompüter sisteminə hər hansı bir müdaxilənin olması faktını təkzib ediblər: aparılan araşdırma bankın kompüter şəbəkəsinə heç bir müdaxilə halını üzə çıxarmadı.  
İki il əvvəl məlumatlar bazasının alıcısı bir neçə Almaniya əyaləti olmuşdur, o dəfə disk Şimali Reyn- Vestfaliya əyalətlərinin büdcə vəsaitləri hesabına alınmışdı, bu Almaniyanın 16 əyaləti arasında ən sıx məskunlaşmış ərazidir.
Məlumdur ki, İsveçrədə bank sirrinin qorunmasına dair çox ciddi qanunlar mövcuddur, buna görə də Almaniyanın öz vətəndaşlarının  hesabları barədə informasiyanı İsveçrə banklarından qanuni yolla əldə etmək imkanı yoxdur. Düzdür gələn il situasiya nisbətən dəyişə bilər, bundan ötrü hökumətlər arasında qəbul olunmuş müvafiq razılaşma qüvvəyə minməlidir. Amma mütəxəssislər əmindirlər ki, müxalifət partiyaları  bu müqavilənin ratifikasiyasının qarşısını ala biləcəklər.
Yeri gəlmişkən, cari ilin mart ayında İsveçrə üç alman vətəndaşının həbsi barədə qərar qəbul etmişdir, bu şəxslərin iki il bundan əvvəl baş vermiş insidentdə əlaqəli olduqları iddia edilir. İsveçrənin baş prokuroru hətta bu şəxslərin Credit Suisse bankında Şimali Reyn-Vestfaliya əyalətinin məmurlarının sifarişi ilə xüsusi casusluq əməliyyatı həyata keçirməsi ilə bağlı şübhələrinin olduğunu da bildirmişdir.
 (c) www.banker.az

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru