Məşhur İT şirkətlərinin adları necə yaranıb?
"Twitter"
Məşhur sosial şəbəkənin işçi adı "Status" idi, lakin bu ad onun təsisçilərini qane etmirdi. "Biz istəyirdik ki, ad dostun harada olub-olmamasından asılı olmayaraq onu tapmağa kömək edən zəng kimi səslənsin, – Dorsi "LA Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
Biz sözlərin siyahısını tərtib etdik və son nəticədə "twitch" sözü üzərində dayandıq, çünki o, telefon zəngi kimi səslənir. Lakin "twitch" yaxşı səslənmirdi. Biz lüğətlərdə uzun müddət axtarış apardıqdan sonra nəhayət ki "twitter" (cikkilti) sözünü seçdik".

=================================
"Google" "googol" riyazi terminindən törəmə sözdür
Serqey Brin və Larri Peyc axtarış sistemlərini əvvəlcə "Back Rub"
adlandırıblar. Sonradan isə onu "Google" ilə əvəz etdilər. Bu söz
"googol" (10 üstü 100) riyazi terminindən törəmədir.
==================================
"Yahoo!" adı "Qulliverin səyahəti" ilə bağlıdır
Cerri Yanq və Devid Filo şirkətlərini 1994-cü ildə "Jerry's Guide to the
World Wide Web" (Cerrinin Ümumdünya Hörümçək Toru üzrə Bələdçisi)
adlandırıblar. Yeni "Yahoo!" adı isə Conatan Sviftin "Qulliverin
səyahəti" kitabındakı insanaoxşar varlıqlar irqinin adıdır.
===================================
Apple
Əgər şirkətin həmtəsisçisi Stiv Voznyaka inansaq, Stiv Cobs Palo-Alto
şəhərindən Los-Altosa gedən zaman şirkəti "Apple" adlandırmaq fikrinə
gəlib. "Bəlkə də o, fermada alma toplayırmış. Mən ondan bu barədə
soruşmadım. Bəlkə də bu ad "Apple Records" köhnə səsyazma şirkəti ilə
əlaqədar seçilmişdi. Stiv musiqini çox sevirdi" – Voznyak xatırlayaraq
bildirib.
(c) www.ictnews.az
No comments:
Post a Comment