VAXT haqqında bir-birindən maraqlı faktlar
1. Big Ben – qüllənin adı deyil, qüllənin daxilində səslənən 13-cü zəngin adıdır.
2.
Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində günəş, ulduz, su, od,
qum, çarx, mexaniki, elektrik və atom saatları istifadə olunurdu.
3. Atom saatlarında altı milyon ildə 1 saniyəlik xəta ola bilər.
4. Saatlar
saat əqrəbi istiqamətində - soldan sağa doğru hərəkət edir, çünki günəş
saatlarında kölgə məhz bu istiqamətdə hərəkət edir.
5. E.ə. 15-ci əsrə aid olan qədim günəş saatları Misirdə aşkar edilmişdi.
6. 24 saat qurşağı mövcuddur.
7. Uzun illər (366 gün, fevralın 29 da daxil olmaqla) dörd ildən bir təkrarlanır
8. Hətta uzun saniyələr də mövcuddur
9. ABŞ istisna
olmaqla, digər inkişaf etmiş cəmiyyətlər AM (ante meridiem – günortaya
qədər) və PM (post meridiem – günortadan sonra) ifadələrindən istifadə
etmir, belə ki çox böyük çaşqınlıq yaranır (tez cavab verin: hansı daha
tezdir – 1 AM və ya 12 AM?)
10. Minillik
(era), yüzillik (əsr), beşillik, il, rüb, ay, dekada, həftə, sutka,
saat, dəqiqə, saniyə, millisaniyə, mikrosaniyə, nanosaniyə, pikosaniyə,
femtosaniyə və s. kimi vaxt anlayışları mövcuddur.
11. Heç kim
dəqiq bilmir ki, niyə bir il 12 aya bərabərdir. Belə bir bölgü nə ay, nə
də günəş təqviminə uyğun deyil. Hesab olunur ki, saatın 60 dəqiqəyə
bölünməsi Babil hesablama sistemi ilə əlaqədardır, onun əsasında 10
deyil, 60 durur.
12. Bir dəqiqədə 60 saniyə olsa da, bir saniyədə 1000 millisaniyə var.
13. Ulduz vaxtının 24 saatı orta günəş vaxtının 23 saat 56 dəqiqə 4,091 saniyəsinə bərabərdir.
14. Roma
rəqəmləri olan siferblatda saat dörd həmişə IIII kimi göstərilir və
praktiki olaraq heç vaxt IV simvolundan istifadə olunmur.
15. “2000-ci il səhvi” deyə bir şey yoxdur. Heç olmasa, onun aradan qaldırılmasına pul sərf etməyənlərlə heç nə baş verməmişdi.
Mənbə : www.banker.az
very goooooood! "Heqiqeten oyrenmek gec deyilmish" ,muchas gracias
ReplyDeletetesekkurler
ReplyDelete