"Secunia" antivirus şirkətinin ekspertlərinin araşdırmasına əsasən,
"Windows" əməliyyat sistemində təhlükəsizlik səviyyəsinin aşağı olmasına
görə onun tənqid hədəfi olmasına baxmayaraq, əksər boşluqlar heç də
"Microsoft"un məhsulları ilə bağlı deyil.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən
bildirir ki, hesabata əsasən, 2012-ci ildə populyar proqram təminatında
aşkar edilmiş boşluqların 86%-i "Windows" platforması üçün kənar
tərtibatçılar tərəfindən yaradılmış proqramlarda tapılıb.
Boşluqların 14%-i isə "Microsoft"un əməliyyat sistemi və proqram
təminatında olub. "Windows" əməliyyat sistemində işləyən 50 ən populyar
proqram təminatında 1137 boşluq aşkar edilib ki, bu da beş il əvvəl ilə
müqayisədə 98% çoxdur. "Chrome" və "Firefox" brauzerləri ən təhlükəsiz
məhsullar adlandırılıb.
No comments:
Post a Comment