Fərdi kompüterin köməyi ilə riyazi rekord qeydə alınıb
Fərdi kompüter 17 milyon rəqəmdən ibarət yeni, ən böyük sadə Mersenn
ədədinin alınmasına kömək edib. Mərkəzi Missuri Universitetinin
riyaziyyatçısı Ketris Kuper yeni ən böyük sadə ədədi kəşf edib. Onun
fikrincə, bu hadisəni Everestin fəthi və ya Aya enişlə müqayisə etmək
olar.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Osp.ru” saytına istinadən verdiyi məlumata görə, alimlər tərəfindən alınan ədəd 17 milyondan çox rəqəmdən ibarətdir. Bu kəşf sayəsində kompüterlər daha sürətli işləməyəcək və yeni raket mühərriklər yaradılmayacaq. Lakin Kuperə görə onun kəşfi çox mühüm hadisədir. Əgər alınan yeni 2 (üstü 57885161) – 1 ədədi “Times New Roman” şrifti, 12 ölçüdə çap olunsa, bu ədədin uzunluğu təqribən 50 kilometrə çatacaq.
Bu Kuper tərəfindən alınan üçüncü böyük sadə ədəddir. Alimin fikrincə, bu məsələnin həlli riyaziyyatçı üçün Everestin fəthinə bərabərdir, çünki bu, ehtiyacdan deyil, şəxsi istəkdən asılı olaraq yerinə yetirilir. Kuper özünün birinci sadə ədədini 2005-ci ildə, sonrakını isə 2006-cı ildə kəşf edib.
2008-ci ildə Los-Ancelesdəki Kaliforniya Universitetinin riyaziyyatçıları Kuperin nailiyyətini üstələyərək birincilik əldə ediblər. Ketris Kuperə 17 milyon rəqəmdən ibarət sadə ədədi kəşf etməyə kömək edən fərdi kompüter 57 milyon “iddiaçını” çıxmaqla fasiləsiz 39 sutka işləyib.
Qeyd edək ki, sadə ədəddən fərqli olaraq Mersenn sadə ədədi 2 (üstü n) -1 formasındadır. Bu ədədlər XVII əsrdə yaşamış, özünü bu ədədin öyrənilməsinə həsr etmiş fransız riyaziyyatçısının adı ilə adlandırılıb.

Mənbə : www.ictnews.az
heqiqeten "Riyaziyyat butun elmler shahidi ! " cooox maraqli informasiyadir..ellerinize sagliq... herden bele informasiya da lazimdi..
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Largest_known_prime_number
ReplyDeletehttp://www.facebook.com/RiYaZiYYaT :))
ReplyDelete