Labels

Friday, March 8, 2013

Exceldə birləşdirmə (Консолидация-consolidation )

Salam.Bu dərsimizdə Exceldə işçi vərəqləri birləşdirməyi öyrənəcəyik.

İlk öncə birinci işci vərəqində məlumatlarınızı qeyd edin.Mən satış üzrə yekunu hesabladım.Şəkil üzrə izah edim daha aydın olsun.Mart ayı üçün hesabat(Şəkil 1) 

Aprel ayı üçün hesabat (şəkil 2 ) 
İndi isə 2 aylq hesabat üçün olan cədvəli quraq.(şəkil 3)
İndi isə Birləşdirmə (Консолидация-consolidation ) əmrini yerinə yetirək.
İngilis dilli Excel üçün bu ardıcıllığı edək : 2 aylıq hesabat olan işçi vərəqin məlumatlarımızı yazmaq istədiyimiz xanaları seçirik (şəkil 3-də olan boş hissəni) DATA->CONSOLIDATE Seçirik və aşağıdakı pəncərə açılır.
Növbəti mərhələdə Function menusundan SUM seçirik. Reference -də isə ilk öncə Mart ayı olan işçi vərəqə keçirik və satılmış malların sayını ümumilikdə seçirik və ADD edirik (şəkil 4 )
Aprel ayında bu cür seçirik və Add edirik (şəkil 5 )
Add etdikdən sonra Create links to source data əmrini aktiv edirik və OK. Nəticə isə aşağıdakı kimi olacaq.

Rus dilli Excel də isə Данные->Консолидация. функция -> сумма  seçirik və yuxarıdakı ardıcıllığı yerinə yetiririk sonda isə создавать связи с исходными данными seçirik və  ок.

Diqqətinizə görə minnətdaram. Növbəti dərslərədək





 
 

4 comments:

  1. men size ayaq uste el caliram.... halal olsun... perfecto...que muy bien! cooooooox sag olun.... men bu gunku en gozel hediyyemi aldim.. size derin teshekkurlerimi bildirirem! ALLAH sizi qorusun.Amin.

    ReplyDelete
  2. Hamimizi qorusun.AMIN.Tesekkurler. Alindi ?

    ReplyDelete
  3. elbette alindi,bu cur izahatin qarshisinda huneri nedir alinmasin...super... teshekkurler... bir daha cox sag olun, minnetdaram..... muchas gracias..muchas gracias el señor!

    ReplyDelete

 
Рейтинг@Mail.ru