Labels

Tuesday, June 25, 2013

ANDROID yoxsa IPHONE ?

Androidmi daha çox istifadə edilir yoxsa iPhonemi ? Bunun cavabını verən müdhiş bir xəritə!



iPhone və Android arasındakı gücü ilə mübarizə var və bu mübarizə  yaxın zamanda sona çatacağa bənzəmir. Hər iki platformanın da üstünlüklü olduğu sahələr, istifadəçilərinə təqdim etdiyi fərqli variantlar var. Aralarındakı fərqlər, istifadəçi seçimlərini də təsir edir. Yaxşı, platformaların təmsil nisbətləri bir xəritə üzərinə əks etdirilsə, yəni platforma döyüşlərinin cəbhə xəttləri çəkilsə necə bir görünüş ortaya çıxardı? Tom MacWright və Eric Fischer adlı "məlumat sənətçiləri" bu suala cavab vermək üçün yola çıxmışlar və ortaya son dərəcə maraqlı bir xəritə çıxarmışlar.
Mövqe təyin etmə xidməti istifadə edilərək göndərilən üç milyard Twitter mesajına dair məlumatları MapBox üzərindən bir xəritəyə əks etdirən mütəxəssislər, iPhone, Android və Blackberry istifadəçilərinin coğrafi mövqeyini göstərən bir xəritə əldə etmişlər. Eyni nöqtədən göndərildiyi təsbit edilən təxminən 2,7 milyard mesaj xəritədən çıxardılmış. Nəticədə ortaya 280 milyon fərqli nöqtənin işarələnildiyi bir dünya xəritəsi çıxmış. Xəritədə qırmızı nöqtələr iPhone istifadəçilərini, yaşıl nöqtələr Android istifadəçilərini, bənövşəyi nöqtələr Blackberry istifadəçilərini göstərir. Geri qalan bütün platformalar isə çəhrayı rəngli nöqtələrlə göstərilmişdir.

Əgər platforma döyüşlərinin cəbhə xəttlərini görmək və dünyanın hər hansı bir nöqtəsindəki mobil cihaz istifadə nisbətlərinə dair bir fikir əldə etmək istəsəniz bu saytı (http://www.mapbox.com/blog/visualizing-3-billion-tweets/ ) izləyərək, Twitter üzərində istifadə edilən dilləri də göstərən orijinal xəritəyə baxa  bilərsiniz.
===========================================================
Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
MƏQALƏ GÖNDƏR
==================================================
Dəstək olaq :
 http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru