Labels

Saturday, June 1, 2013

Apple-a 53 milyon dollar cəza !


Appleyə zəmanət siyasətiylə əlaqədar açılan bu iddiadan ABŞlı firmanın canını sıxan bir nəticə çıxdı!



Apple, iPhone və iPod touch cihazların zəmanət siyasəti səbəbiylə əleyhində açılan iddianı, razılaşma yoluna gedərək nəticələndirməyə qərar verdi. Firma söz mövzusu iddianın nəticəsində təsirlənəcək olan 153.000 istifadəçiyə cəmi 53 milyon dollar təzminat ödəyəcək.

Applenin, cihazların mayelərlə təması halında ediləcəkləri təyin edən zəmanət siyasətində etdiyi dəyişikliklər nəticəsində mənfi təsirlənən bir qrup istifadəçinin açdığı iddiada firma razılaşma yoluna getməyi seçdi. İddia mövzusu dəyişikliyin təməlində, 3M firmasının çıxardığı, maye təmasını təsbit etmək məqsədiylə istifadə edilən bantlar iştirak edir. Apple, mayelərlə təmas etməsi vəziyyətində rəngi ağdan çəhrayı ya da qırmızıya dönən söz mövzusu bantı 2009-cu ildə iPhone və iPod touch cihazlara yerləşdirmiş və bantın maye təmasını göstərdiyi vəziyyətlərdə qəzaların zəmanət əhatəsi xaricində qiymətləndiriləcəyini elan etmişdi. Bu dəyişiklik səbəbiylə sahib olduqları qəzalı cihazları zəmanət daxilində təmir etdirə bilməyən istifadəçilər isə məhkəməyə müraciət edərək, bantın rəng dəyişdirmiş olmasının mütləq ki maye təması olduğunu göstərmədiyi və şikayət mövzusu olan qəzanın maye təmasından qaynaqlandığını sübut etmədiyi iddiasıyla zərərlərinin qarşılanmasını tələb etmişdi.

3Min icra etdiyi testlər, bantın rəng dəyişdirməsinin əslində nəmə məruz qaldığını işarə etdiyini göstərir. Ancaq Apple söz mövzusu testlərin, bantın cihazın içində deyil də həddindən artıq şərtlərin təsirinə açıq olduğu mühitlərdə edildiyini iddia edirdi. Hələ də məhkəmənin təsdiqini gözləyən razılaşma təsdiqlənsə, 31 dekabr 2009 tarixindən əvvəl təmir tələbləri zəmanət əhatəsi xaricində qiymətləndirilən istifadəçilərin zərərləri kompensasiya ediləcək.

(c) Nəsimi

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru