Labels

Thursday, June 13, 2013

C# ilə 10-luq ədədi 2-lik ədədə Çevirmə

Salam.Bu dərsimizdə C# ilə 10-luq Say Sistemini 2-lik Say Sisteminə Çevirməyi öyrənəcəyik

Proqramımızı tərtib etmək üçün , Visual Studio C# bölməsindən yeni form əlavə edirik.Formu bucür əlavə edirik.Visual C#->Windows Form Application.Daha sonra Form-a 2 ədəd textbox,2ədəd label və 1 ədəd button düyməsi əlavə edirik və proqramımızın görünüşü bu cür olru :



İkili say sistemi
Adından da göründüyü kimi, ikili say sistemində bütün ədədlər cəmi 2 rəqəm: 0 və 1 vasitəsilə ifadə olunur. İkili ədədlərə misal olaraq, 0001010010, 1111, 011001111, 0, 11 və s. misal göstərmək olar.

Onluq ədədi ikili ədədə çevirmək üçün aşağıdakı qaydadan istifadə edirik:
Onluq ədədi ikiyə bölürük, qalığı yadda saxlayırıq (qalıq 0 və ya 1 ola bilər), qisməti isə yenidən ikiyə bölürük. Yenidən qalığı yadda saxlayırıq və qisməti 2-yə bölürük. Bu prosesi qismətdə 0 qiyməti alınana kimi davam etdiririk. Sonda bütün aldığımız qalıqları əks sıra ilə düzsək, verilmiş onluq ədədə müvafiq ikili ədədi almış olarıq. Misal üçün, 35 onluq ədədini ikili ədədə çevirək. 
Qalıqları sondan əvvələ düzsək, alarıq: 100011
  
İndi isə həmin proqramı C#-da yazaq.
Məlumat ölçüsü vahidi olaraq, bayt qəbul olunur. Bayt özü də bit adlandırılan daha kiçik yaddaş elementlərindən ibarətdir. Bir bayt 8 bit-dən ibarətdir. Button düyməsinə klik edib kodlarımızı yazaq.

            byte deyeri;
            Byte bit;
            deyeri= Convert.ToByte(textBox1.Text);
            for (int i = 7; i >= 0; i--)
            {
                bit = (byte)(deyeri>> i & 1);   //məntiqi verilən
                textBox2.Text = textBox2.Text+Convert.ToString(bit);
            }

Daha sonra Start (F5) əmri ilə proqramımızı işə salırıq.

35 ədədinin 2-lik say sistemdə yazılışı : 100011-dir. (əvvəlki 00-lar 10-luq ədəd böyük olanda dəyişir )


Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
Dəstək olaq :
 http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11 


No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru