Labels

Wednesday, April 17, 2013

Excel VBA ilə Hesablayıcı

Salam.Bu dərsimizdə Excel VBA ilə Hesablayıcı proqramı tərtib edəcəyik.

 

 Bunun üçün Excel proqramından ALT F11 qısa yolu ilə VBA bölməsinə keçirik. İNSERT->USERFORM menusunun köməyi ilə 1 ədə form aktiv edirik və proqramımızı bunun üzərində quracağıq.Bunun üçün Toolbox alətlər panelindən forma 3 ədəd Label, 3 ədəd TextBox ,4 ədəd OptionButton və 1 ədəd CommandButton əlavə edirik.(Şəkil üzrə hər birin rənglərlə ayırd etmişəm-eyni rəngli olanlara diqqət edin )

 Proqramımızın tərtibat hissəsi hazırdı indi isə kod hissəsinə keçək.Bunun üçün CommandButton(Hesabla adlı Buttona) 2 dəfə klik edib kod hissəsinə keçirik və aşağıdakı kodları yazırıq.

Option Explicit

Private Sub CommandButton1_Click()
Dim say1, say2, netice As Double
say1 = Val(TextBox1.Text)
say2 = Val(TextBox2.Text)
If OptionButton1 = True Then netice = say1 + say2
If OptionButton2 = True Then netice = say1 - say2
If OptionButton3 = True Then netice = say1 * say2
If OptionButton4 = True Then netice = say1 / say2
TextBox3.Text = Str(netice)

End Sub


Kodlarımızı yazdıqdan sonra F5 düyməsini klikləyirik və proqramımız icra olunmağa başlayır.


 Növbəti dərslərədək.Diqqətinizə görə minnətdaram.
 ===================================================================
Saytımızı müsabiqədə dəstəkləmək istəyənlər öz fikirlərini bildirsinlər.Qalib olmağımız Sizdən aslıdır !
www.musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11 

 

 

4 comments:

  1. Tesekkurler Etibar muellim.Sizlerde ugurlar

    ReplyDelete
  2. Əladir. Bəs yaranmış bu VBA daki proqramı musteqil işlətmək olarmı ? Yeni Exseli acmadan

    ReplyDelete
  3. Salam.Xeyr bu Excelin daxilinde yazildigi ucun mumkun deyil.Diger Programlawdirma dilinde ama serbest formada acilir (C#,vb.net,Delphi,Java ves.)

    ReplyDelete

 
Рейтинг@Mail.ru