Labels

Sunday, April 14, 2013

Microsoft'tan Apple sərt cavab!

Yeni teknologiyalarını tanıdan Microsoft firması, rahatsız edici bu suala sərt cavab verdi.

Microsoftun Mart ayı boyunca davam edən texnologiya təqdimat fəaliyyəti TechFest daxilində Yale Universitetini ziyarət edən köhnə araşdırmacı idarəçilərindən olan Craig Mundie, bir şagirdin soruşduğu mənalı suala çox dəqiq cavab verdi.
Artıq Microsoftun daimi  məsləhətçilərindən biri olan Mundie, Yale Universitetində təşkil edilən fəaliyyətdə, şagirdlərin suallarını cavabladı, firmanın yeni texnologiyaları haqqında məlumat verdi. Tanıdılan ən yeni zövq verici texnologiya içində bir projektor və kamera olan lampa idi. Lampanın işığı altında bir kağıza yazı yazan iki adam projektorlar sayəsində bir-birlərinin yazdıqlarını görə bilirlər.
Təqdimatın ardından gələn sual cavab qisimində bir Yale şagirdi Mundieyə, Microsoftun yeni texnologiya məhsulları mövzusunda Apple kimi rəqib firmalar qarşısında niyə müvəffəqiyyətsiz olduğunu, niyə yaradıcılıq sahəsində çox geridə qaldıqlarını soruşdu. Mundie bu mənalı suala dəqiq cavab verdi: "Bizim problemimiz heç bir zaman texnologiya ya da yaradıcılıq olmadı. Problemimiz satışa çıxarma sahəsində idi. Applenin yaradıcılıq mövzusunda yeganə  olduğunu sanmıram."
 

(c) Tərcümə etdi : Nəsimi İsgəndərov 
 Növbəti məqalələrədək

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru