Labels

Monday, April 1, 2013

Oyunlar dünyasının kralı

Oyunlar dünyasının kralı-Stiven Mak Donnul Keyz

Tam adı: Stiven Mak Donnul Keyz

Anadan olduğu tarix: 1958-ci il, 21 avqust

Anadan olduğu yer: ABŞ, Havay ştatı, Qanalulu şəhəri

Təhsili: Williams kolleci, siyasi elmlər ixtisası üzrə

Məşğuliyyəti: Biznes

Stiven Keyz America Online (AOL) şirkətinin yaradıcısı  kimi tanınır. Tanışları və ailə dostları Stivenin uşaqlıqda  xeyirxah, utancaq və bir qədər qəribə olduğunu qeyd edirlər.  Heç kim düşünmürdü ki, o, bu qədər böyük uğurlar qazanaraq məşhur biznesmenə çevriləcək.

Stiven Keyz 1958-ci il, avqust ayının 21-də Havay ştatının Qanalulu şəhərində anadan olub. Atası hakim, anası isə müəllimə olub. İki dəfə ailə həyatı qurub, 5 övladı var.

1980-ci ildə Williams kollecini siyasi elmlər  ixtisası üzrə bitirib. İki il “Procter & Gamble” şirkətində brend menecer vəzifəsində çalışıb. 1982-ci ildən isə “Pizza Hut İnc.”-də marketinq üzrə menecer kimi fəaliyyət göstərib.

1970-ci illərin sonlarında Keyz kompyuter şəbəkələri ilə çox maraqlanırdı. O, 1983-cü ildə onlayn rejimində video oyunları təklif edən şirkətə işə düzəlir.

Şirkətin oyun kompyuterinə qoşulmaq modemin köməyi ilə mümkün idi. O zaman “Atari” oyunları xüsusilə məşhur idi.  Stiven Keyz 1985-ci ildə şirkətin bir neçə əməkdaşı ilə birləşərək  gələcəkdə “America Online” (AOL) adlandırılacaq “Quantum Computer Services” şirkətinin əsasını qoyub.

Keyz  özünün fərqli interaktiv onlayn əlaqə ideyasına möhkəm inanırdı və onu həyata keçirməkdə fövqəladə inadlı idi. Keyz interaktiv rejimdə informasiyanı müştərilərinə elan etdi.  Xidmətlər dəsti  tələbatın dəyişikliklərinə uyğun olaraq tez-tez dəyişirdi.

1985-ci ildə “Commodore” firmasıyla əməkdaşlıq haqqında əldə olunan razılaşma nəticə etibarilə şirkət üçün dönüş nöqtəsi oldu. “Commodore 64” o zaman ən məşhur fərdi kompyuter idi.

 Bu razılaşmaya görə “Commodore”-in bütün kompyuter və modemləri AOL şəbəkəsinə qoşulurdu. Keçən 5 il ərzində   məşhur “Apple”, “Tandy”, “İBM” şirkətləri də “Quantum Computer Services”-in partnyoru oldu. Şirkət daha sonra “Capital Cities/ABC”, “Viacom”, “Bertelsmann”, “Hachette”, “Compaq”, “American Express and Time Warner” kimi telekommunikasiya və texnologiya şirkətləri ilə strateji ittifaqa daxil oldu.

1991-ci ildən etibarən “Quantum Computer Services” şirkətinin adı dəyişdirilərək “America Online” (AOL) oldu.

Bu şirkət yarandığı vaxtdan durmadan inkişaf edirdi. Yeni layihələr və parlaq strategiya AOL-u beynəlxalq internet-şirkətlərin arasında liderlik mövqelərinə gətirib çıxardı.

Sözsüz ki, AOL-un ən böyük nailiyyəti  Stiven Keyzin  2001-ci ildə ( 180 milyard dollar) media nəhəngi “Time Warner” şirkətini alması olur. Onların birləşməsi bütün iş dünyasını heyrətləndirdi.

Bəzi analitiklər Keyzin bu addımını media sahəsində inhisarçılıq kimi dəyərləndirirdilər. Lakin Stiven şirkətin gələcək fəaliyyəti ilə bu düşüncələrin yanlış olduğunu və onun məqsədinin yalnız biznes olduğunu sübut etdi.

Maraqlıdır ki, kolleci bitirdikdən sonra Stiven Keyzi “Time Warner”-də işə qəbul etməmişdilər. O, zarafatca bunu xatırlayaraq deyib ki, “sadəcə qayıtdım və bu şirkəti aldım”.

Keyz, istehlakçıların daim dəyişən ehtiyaclarını həssaslıqla izləyirdi və öz unikal rəhbərliyi ilə şirkəti yeni “Webtop”-mühitin inkişafının tendensiyalarına uyğunlaşdırmaq qabiliyyəti sayəsində geniş şöhrət qazandı. Nəticədə, AOL dünyada milyonlarla abunəçi birləşdirən onlayn xidmətlərinin ən böyük ticarət provayderi oldu.
AOL-un təqdim etdiyi interaktiv əlaqə vasitəsilə istifadəçilərə müxtəlif informasiyaları mübadilə və manipulyasiya etməyə və hər kəsə maraqlandığı informasiyanı seçməyə imkan verir.

AOL müştərisi birja məlumatlarına baxa, aviabiletləri sifariş edə, qəzetləri oxuya və ya şirkətin başqa müştəriləriylə çatlarda ünsiyyət saxlaya bilər. AOL-u digərlərindən fərqləndirən əsasən istifadə üçün asan və sadə olmasıdır. İnformasiyalar şirkətin əməkdaşları tərəfindən çeşidlərə bölünüb və qaydaya salınıb.

1 noyabr 2005-ci il Stiven Keyz “Time Warner”-dən öz gedişi (qulluğu) haqqında bildirdi. O, onlara öz qərarını (həllini) izah etdi ki, onun yeni investisiya şirkəti “Revolution”  çox vaxtını aparır. Onunla çox sıx məşğul olmaq istəyir.

Beləliklə, biliyi, qətiyyəti, risk etmək bacarığı və kadrları idarə etmə bacarığı – budur Stiven Keyzin müvəffəqiyyətinin düsturu.

  (c) www.ictnews.az





 

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru