Labels

Thursday, June 6, 2013

C# ilə Media Player proqramı

Salam.Bu dərsimizdə "C#"ilə Media Player proqramı tərtib edəcəyik.



İlk öncə Visual Studio proqramını işə salırıq və Visual C#->Windows Form Application əlavə edirik.
Sonra formumuza Toolboxdan 1 ədəd Windows Media player, bir ədəd button, 1 ədəd folderbrowserdialog,2 ədəd textbox, 1 ədəd də listbox əlavə edirik.
Media Player əlavə etmək üçün Tools►Choose ToolBox İtems ► COM Components ► Windows Media Player ardıcıllığı ilə forma əlavə edirik.

Proqramımızın ilk sadə görünüşü aşağıdakı kimi olacaq :
İndi isə proqramımızın kod hissəsini izah edək: İlk öncə formun klik hadisəsinə bu kodu yazırıq.

using System.IO;

Daha sonra musiqiplayer adlı global dəyişən əlavə edirik

string musiqiplayer;

Növbəti mərhələdə Button1-in (Musiqi əlavə et adlı button ) kod hissəsinə aşağıdakı kodları yazırıq :








//*FolderBrowserDialog pəncərəsi açıldığında Ok butonuna basılıb basılmadığı
 nəzarət edilir.Əgər basılmışsa if operatoru icra olunur

if (folderBrowserDialog1.ShowDialog() == DialogResult.OK)
{
//FolderBrowserDialog pəncərəsində seçilen faylın adresini 
musiqiplayer global dəyişəninə əlavə edir.
musiqiplayer= folderBrowserDialog1.SelectedPath;
//Seçilən fayl haqqında məlumat alır.
DirectoryInfo melumat= new DirectoryInfo(musiqiplayer);
//seçilən faylların adlrarını bir global dəyişənə artırır
FileInfo[] fayllar= melumat.GetFiles();
//Dəyişəndəki melumatin hamısını listboxumuza əlavə edir.
 listBox1.Items.AddRange(fayllar);

(Qeyd: qırmızı hərflə kodların izahı verilmişdir )


İndi isə Listbox-un kod hissəsinə aşağıdakı kodları yazırıq :

//textbox1'e \+listbox'da seçilen musiqinin  adını əlavə edirik.
 textBox1.Text = "\\" + listBox1.Text;
 //Seçilən faylın adı  ile textbox1'in textini birləşdirirk və textbox2'yə əlavə edirik.
 textBox2.Text = musiqiplayer  + textBox1.Text;
 //mediaplayerdə işləməsi üçün  ise bu kodu yazırıq.
  axWindowsMediaPlayer1.URL = textBox2.Text;

Programımızdakı Textboxların ikisinində Properties► VisibleFalse edin ki  program çalışdığında görsənmiyəcək. Onlar arxa planda işləyəcək.


Kod hissəmizi tamamladıq indi isə proqramımızı işə salırıq (RUN vəya F5 əmri ilə)





Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
Dəstək olaq :
 http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11 
https://www.netty.az/cgi-bin/onelike.cgi?id=25&lang=az

12 comments:

  1. cox maraqlidir muellim,,tesekkur

    ReplyDelete
  2. mende visual studio proqrami yoxdur e,,hardan yukleye bilerem?

    ReplyDelete
  3. Salam.Torrent olaraq yukleme etmeyi bacarirsiniz ?

    ReplyDelete
  4. Bu linkden torrent olaraq rahatliqla yukleye bilersiniz

    ReplyDelete
  5. http://kat.ph/microsoft-visual-studio-ultimate-2012-rtm-volume-english-iso-wzt-t6588035.html

    ReplyDelete
  6. xeyir muellim bacarmiram,,nece edim?

    ReplyDelete
  7. Ilk once bu programi yukleyin (STABLE )

    http://www.utorrent.com/downloads/win

    Daha sonra http://kat.ph/microsoft-visual-studio-ultimate-2012-rtm-volume-english-iso-wzt-t6588035.html bu saytdan download torrent sozune klik edib fayli yukleyin ve torrent programinda acin yukleme baslasin.1.49GBdir.// Ugurlar

    ReplyDelete
  8. buyurun xosdur. neyse problem olsa deyin komeklik edek..ugurlar

    ReplyDelete

 
Рейтинг@Mail.ru