Labels

Monday, June 10, 2013

Excel VBA ilə yeni Funksiya yaratmaq

Salam.Bu dərsimizdə Excel VBA Module ilə yeni Funksiya yaradacağıq



Exceldə əvvəlki dərslərimizdə xeyli sayda Excelin daxilində olan hazır funksiyalardan istifadə qaydası haqqında məqalələrimiz xeyli saydadır.İndi isə öz funksiyamızı yaradacağıq.Yəni həmin funksiya Exceldə yoxdur və VBA Module ilə biz onu yazacağıq.Yeni yazacağımız funksiya ilə biz öz Yaşımızı sadə bir funksiya ilə tapacağıq.İndi isə keçək dərsimizin əsas hissəsinə.
Excel proqramın açırıq və ALT+F11 klavişi ilə VBA bölməsinə keçirik.Daha sonra İnsert►Module ilə yeni Modul yaradıb kodlarımızı yazırıq.

Option Explicit
---------------------------------------
Function Yashiniz(dogumtarixi As Date)
   Yashiniz = Int((Date - dogumtarixi) / 365)
End Function



Yaşımızı tapmaq üçün bugünki tarixdən(Date) doğum tarixini çıxıb 365-ə bölürük.Kodumuzu yazdıqdan Sonra RUN(F5) əmrin veririk .
Run etdikdən sonra Excelə keçid edirik.Solda küncdə Excel düyməsi vasitəsilə.
Dərsimiz bu qədər növbəti dərsimizdə yeni funksiyanı Yadda saxlamağı izah edəcəm.

Diqqətinizə görə minnətdaram.Növbəti dərslərimizədək 
FACEBOOK-DA BİZİ İZLƏYİN :
https://www.facebook.com/OyrenmekVaxtidir

 ================================================== 
Dəstək olaq :
 http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11 
https://www.netty.az/cgi-bin/onelike.cgi?id=25&lang=az

2 comments:

  1. super...perfocto,excelente...estoy muy bien..
    super..çox gözəl.sizə uğurlar..

    ReplyDelete

 
Рейтинг@Mail.ru