-Qədim hind astronomları sinus cədvəllərini
şeir şəklində yazıb əzbəyirdilər. Rəqəmlər əvəzində sozlər işlənilirdi: 1 -
"ay”, 2 -"gözlər”, "əllər”, ”qanadlar” və s.
-Boksa aid bir çox kitablarda oxumaq olar ki, Pifaqor "yumruq döyüşü”
üzrə olimpiya çempionu olmuşdur.
-Pifaqordan "dost nədir?” deyə soruşduqda o demişdiki, bu "ikinci mən”-dir
və 284 ilə 220 dost ədədlərini qeyd etmişdi: bu ədədlərdən hər biri o birinin
bölənləri cəminə bərabərdir: 1+2+4+5+10+20+11+22+44+55+110=284;
1+2+4+71+142=220 .
-Fərqləri 2-yə bərabər olan əsli ədədlər
cütünü əkiz adlandırırlar. Məsələn 11 və 13
-Vyana Elmlər Akademiyasının arxivində 8 cild
təşkil edən 4212 səhifəlik əlyazmasında əsli ədədlər
cədvəli və ədədlərin əsli vuruqlara ayırması
100000000 –a çatdırılmışdır. Müasir hesablama maşınları Erotosfen "xelbirindən”
istifadə edərək belə bir cədvəli bir neçə saniyəyə tərtib edər.
-Bir dəfə yunan filosofu Zenona bir sualla
müraciət edirlər: "Müəllim! Sən biliklərə, bizə nisbətən xeyli artıq sahıb
olduğuna baxmayaraq, aşkar aydın olan sualların cavabının doğruluğuna həmişə
şübhə edirsən. Nə üçün?”. Əsa ilə qum üzərində biri böyük, o biri kiçik olan
iki dairə çəkib qoca deyir: "Böyük dairənin sahəsi – bu mənim dərk etdiklərim,
kiçik dairənin sahəsi – bu sizin dərk etdikləriniz olsun. Gördüyünüz kimi mənimki
sizinkindən çoxdur. Ancaq bu dairələrdən kənarda qalan hamısı nə mənim, nə də
sizin dərk etmədiyimiz olsun. Razılaşın ki, böyük çevrənin uzunluğu kiçik çevrənin
uzunluğundan çoxdur, ona görə də, mənim biliklərimin dərk edilməyənlərlə sərhədi
sizinkinə nisbətən çoxdur. Bax buna görə də mən çox şübhə edirəm”.
- Məşhur Marağa rəsədxanasının tikilməsi məsələsi
müzakirə olunarkən Hülaku-xan görkəmli riyaziyyatçı və astronom Nəsrəddin Tusidən
soruşur ki, bu qədər xərc nəyə gərəkdir, tikiləcək rəsədxananın nə xeyri
olacaq? Buna heç bir cavab vermədən Tusi hökümdarı şəhər yaxınlığına gəzməyə dəvət
edir və göstəriş verir ki, dağın başından bir mis qazanı yola tərəf aşağı tullasınlar.
Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi eşidənlər vahimə içində
qaçıb canlarını qurtarmışdılar. Tusi isə Hülaku-xana demişdi:
"Hamını qorxuzan bu hadisənin səbəbi bizə məlum
idi və biz sakit oturmuşduq. Elə də yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri
orənmək lazımdır”.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment