Saturday, February 9, 2013
Printerlər
Printer - Kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı”(Difference Engine) üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (LinePrinter Terminal) və ya USB (Universal Serial Bus) portu vasitəsi ilə qoşulur.Ardı....
LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.
Printerlərin işləmə prinspilərinə və tətbiq sahələrinə görə bir neçə növləri vardır:
1. Barabanlı printerlər (Drum Printer) 1953-cü ildə Remington Rand şirkəti tərəfindən UNİVAC kompüterləri üçün yaradılmışdır. Bu printerdə çap baraban vasitəsi ilə həyata keçirilir. Məlumat ötürüldükdən sonra printer sətri “götürür” və sətrdə simvolları ardıcıl olaraq düzür. Yəni üzərində simvolların təsvir olunan kiçik çəkicciklər sıra ilə barabanın ətrafında, sətrimizə uyğun düzülür. Sonra həmin düzülmüş simvollar ardıcıllığı – sətr kiçik çəkicciklər vasitəsi ilə kağızın üzərinə vurulur, çəkicciklərin üzərində olan mürəkkəb kağızın üzərinə keçir. Bu proses sətrlər qurtarana kimi davam edir.
Hal hazırda bu tip printerlər istifadə olunmur.
2. Çiçəkli printerlər(daisywheel printer) – Bu növ printerlər iş prinsipinə görə barabanlı printerlərə oxşayır. Burada simvollar kiçik ləçəklər üzərində yerləşdirilib. Çap edərkən ləçək fırlanıb lazımlı simvol seçilir və kağız üzərinə vurulur. Lakin bu tip printerlər barabanlı printerlərlə müqayisədə daha gec işləyirdi.
3. İynəli printerlər(dot-matrix printers) – Bu printerin iş mexanizmi 1964-cü ildə Yaponiyanın Seiko Epson şirkəti tərəfindən ixtira edilib. Çap iynəciklərdən ibarət matrikslər vasitəsi ilə həyata keçirilir. İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent vasitəsi ilə simvollar kağızın üzərinə vurulur. Çap olunan məlumatın keyfiyyəti matriksdə olan iynələrin sayından asılıdır. Standart olaraq 9,12,14,18 və 24 iynəli matrikslər mövcuddur. Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda da işlədilir.
4. Şırnaqlı(mürəkkəbli) printerlər( inkjet printers) – bu növ printerlərin iş prinsipi bizim adi mürəkkəbli qələmlə yazmağımıza bənəzəyir. İş prinsipi azacıq iynəli printerə oxşayır. Lakin burada iynəli matriks əvəzinə katriclər var. Katriclərin içərisində mürəkkəb olur və katricin aşağı hissəsində matriksə bənzər deşiklər olur. Mürəkkəb bu deşik vasitəsi ilə tökülür. Mürəkkəbin kağız üzərinə vurulması üçün bir neçə üsul vardır:
1) Pyezoelektrik – Mürəkkəbli printerlərdə mürəkkəbi katricdən çıxarmaq üçün tətbiq olunan ilk texnologiyadır. Deşiklərin üzərində diafraqmalı pyezokristall yerləşir. Pyezoelementə cərəyan verildikdə o sıxılır və diafraqmanı özünə çəkir nəticədə damcı əmələ gəlir. Sonra həmin damcı kağızın üzərində əks olunur. Bu texnologiya Epson şirkətinin printerlərində tətbiq olunmaqdadır.
2) Köpük (bubble jet) – Bu texnologiya 1970-ci illərin sonlarında Canon şirkəti tərəfindən ixtira edilib. Lakin bu texnologiyanı tətbiq etmək 1981-ci ildə mümkün olmuşdur. 1981-ci ildə Canon şirkətinin təşkil etdiyi Canon Grand Fair sərgisində bu texnologiya təqdim edildi və bir çox mütəxəssislərin diqqətini cəlb etmişdir. Burada katrincin deşiklər olan hissəsinə kiçik kanal gedir. Kanalın içərisində mikroskopik qızdırıcı element vardır. Elektrik cərəyanı gələn zaman həmin element 500° C temperatura qədər qızır. Qızma zamanı orada qaz köpükcüyü əmələ gəlir və həmin köpük mürrəkkəb damcısını itələyib çıxarır.
3) Drop-on-demand – HP şikəti tərəfindən ixtira edilən bu texnologiya 1970-ci illərin sonlarında ixtira edilib və 1985 ildə işıq üzü görüb. Bu texnologiya köpük texnologiyasına bənzəyir lakin proses daha aşağı temperaturda gedir və köpük əvəzinə buxar çıxır.
2. Lazer Printerləri – Bu texnologiya çoxdan yəni 1938-ci ildə Çester Karlson tərəfindən ixtira edilib. Çap lazer vasitəsi ilə həyata keçirilir. Nəticədə təsvir daha dəqiq olur və printerin daha sürətli işləyir. Bu texnologiyanı 1972-ci ildə Xerox şirkəti tətbiq edə bildi. EARS adlanan bu printer ilk lazer printeri oldu.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment