Labels

Friday, February 15, 2013

Ən yaxşı müəllim KİTABDIR !

Kitabın bizə verdiyi həyat dərslərini bilmək məncə faydalıdır.Buyurun oxuyun :




1. Mədəniyyət oxuduğunuz kitabların sayı deyil, dərk etdiklərinizdir. 
2. Kitab oxuyan insanlar həmişə televizora baxan insanları idarə edəcək.
3. Kitab həmişə filmdən yaxşıdır, çünki oxuyarkən sizin təəssüratlarınıza məhdudiyyət qoyulmur.
4. Daha çox oxuduqca, daha az təqlid edirsən.
5. Insanlar iki kateqoriyaya bölünür: kitab oxuyanlar və onlara qulaq asanlar.
6. Bədənin fiziki məşqə ehtiyacı olduğu kimi beynin də mütaliəyə ehtiyacı var.
7. Son 90 gün ərzində əlinə kitab almamaqdan daha pis bir şey var: 90 gün ərzində əlinə kitab almamaq və bunun fərqində olmamaq.
8. Kitabı yandırmaqdan daha ağır cinayət – onları oxumamaqdır.
9. Ağıllı olmaq üçün 10 kitab oxumaq kifayət edir, lakin həmin 10 kitabı tapmaq üçün minlərlə kitab oxumaq lazımdır.
10. Kitab zaman dalğalarında səyahət edən və qiymətli yükü nəsildən- nəsilə daşıyan düşüncələr gəmisidir. © Frensis Bekon
11. Yadda saxlayın ki, siz oxuduqlarınızdan ibarətsiniz. © Cim Ron
12. Kitablara etibar et, o ən yaxın dostdur. Onlar lazım olduğu vaxt susar və ehtiyac olduqda isə sənin qarşında bütün dünyanı açaraq danışarlar.
13. Yaxşı kitab səkkizdə yeddi hissəsi suyun altında gizli olan aysberqə bənzəyir.
14. Yaxşı müəlliflərin yaxşı yazılarını oxuduqca sən də yaxşı danışmağı öyrənirsən.
15. Necə ki dama-dama göl olar, eləcə də sənin oxuduğun hər bir cümlə sənin biliyini formalaşdırar. 

(c) Banker.az saytına təşəkkürlər


No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru