Labels

Saturday, February 23, 2013

Şəbəkə kabelinin vurulması

Salam .Bu dərsimizdə şəbəkə haqqında danışacağıq.


Lazım olanlar :
Üç vəya daha çox sayda komputer varsa hub
Yetərli sayda və uzunluqda kabel
Şəbəkə vurmaq üçün alət
Hər kabel üçün iki ədəd başlıq

Yuxarıda göstərilənlər təmin olunduqdan sonra alınan kabelləri şəbəkə sistemi üçün hazırlamalısınız. Bunu iki şəkildə edə bilərsiniz. Əgər şəbəkəni iki komputer arasında quracaqsınızsa sizə HUB lazım deyil amma şəbəkə kabelini xüsusi formada vurmalısınız. HUB olan şəbəkə sistemi üçün isə başqa növ vuracaqsınız. Normal şəbəkə kabelində 8 ədəd sim var bunların rəngləri aşağıdakı kimidir
  1. Ağ-sarı
  2. Ağ-yaşıl
  3. Ağ-göy
  4. Ağ-qəhvəyi
  5. Sarı
  6. Yaşıl
  7. Göy
  8. Qəhvəyi
HUB olmadan iki kompüter  arasında şəbəkə üçün kabelin vuruluşu zamanı başlığın ilişən hissəsi aşağı , düz hissəsi yuxarı olmaq şərti ilə kabelin üstündəki qoruyucu qatı aşağıdakı simləri zədələməmək  şərti ilə kəsib götürün və simləri aşağıdakı ardıcıllıqla yanyana gətirib başlığa daxil edin.
  1. Ağ-yaşıl
  2. Yaşıl
  3. Ağ-sarı
  4. Göy
  5. Ağ-göy
  6. Sarı
  7. Ağ-qəhvəyi
  8. Qəhvəyi
Yuxarıdakı ardıcıllığı qorumaq şərti ilə simləri başlığa saldıqdan sonra çalışın simlərin ucun başlığın sonuna qədər gedib çatsın. Başlığın möhkəm dayanması üçün kabelin qoruyucu qatını mümkün olduğu qədər başlığa salın. Hər şeyin yerində olduğuna əmin olduqdan sonra ehtiyyatla başlığı şəbəkə kabeli vurmaq üçün alətə yəni xüsusi kəlbətinə salın və kəlbətini sıxın.
Kabelin ikinci tərəfini vurmaq üçün eyni metod tətbiq olunur ancaq başlığa girəcək rəngli simlərin ardıcıllığı dəyişərək aşağıdakı kimi olur.
  1. Sarı
  2. Ağ-sarı
  3. Ağ-yaşıl
  4. Göy
  5. Ağ-göy
  6. Yaşıl
  7. Ağ-qəhvəyi
  8. Qəhvəyi

Kabelin ikinci tərəfi yuxarıdakı ardıcıllıqla başlığa daxil edildikdən sonra müvafiq qaydada vurulur.
Hub ilə yaradılacaq şəbəkə sistemi üçün rəng ardıcıllıqlarından başqa bütün proseduralar eynidir. Hub ilə yardılan şəbəkə sistemində kabelin hər iki ucu eyni ardıcıllıqla aşağıdakı formada vurulur
  1. Ağ-sarı
  2. Sarı
  3. Ağ-yaşıl
  4. Ağ-göy
  5. Göy
  6. Yaşıl
  7. Ağ-qəhvəyi
  8. Qəhvəyi
Məlumat üçün Rəşad Abbasova təşəkkürlər.Növbəti dərslərədək
 

1 comment:

 
Рейтинг@Mail.ru