Labels

Saturday, February 9, 2013

TƏZYİQ.ARXİMED QÜVVƏSİ.

Silindirik qaba doldurulmuş mayeni porşenlə sıxaq.Ardı....

Müəyyən vəziyyətdə dayanmış porşen mayeyə hansı qüvvə ilə təsir göstərirsə,maye də öz növbəsində həmin porşenə qiymətcə bərabər,istiqamətcə əks yönəlmiş qüvvə ilə təsir edir.Qabdakı maye həcminin bütünlüklə sükunət halında qalması göstərir ki,mayenin hər bir aşağı layı özündən yuxarıda yerləşən laya təsir edir,başqa sözlə,bərk cisimdə olduğu kimi maye daxilində də gərginlik mövcuddur.Zaman keçdikcə maye halında heç bir dəyişikliyin baş verməməsi,maye daxilindəki gərginliyin statik olmasını göstərir.Maye daxilində mövcud olan gərginliyin bərk cisim daxilindəki gərginlikdən prinsipal fərqi ondadır ki,maye daxilindəki gərginlik həmişə götürülmüş ixtiyari həcmin səthinə perpendikulyar istiqamətdə olur,başqa sözlə,bu gərginliyin heç bir şəraitdə toxunan istiqamətdə yönəlmiş olmur.Maye və qaz daxilində sükunət sürtünməsinin olmaması məhz bununla izah olunur.
    Maye daxilində mövcud olan gərginlik baxılan ixtiyari həcmin səthinə normal istiqamətdə yönəldiyindən,o,həmişə verilmiş həcmi sıxır.Bu səbəbdən maye daxilindəki gərginlik təzyiq adlanır.Təzyiq götürülmüş maye həcminin vahid səthinə normal istiqamətdə təsir edən qüvvə ilə ölçülür.
                                     P=lim
                                         s→0

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru