Labels

Saturday, February 9, 2013

Skanner


Skanner – Kompüterin xarici qurğularındandır. Bu şəkli rəqəmli formaya salmaq üçündür. Yəni hər hansı bir kağızı skanerin üzərinə qoyub onun analoqunu kompüterə köçürmək üçün.Ardı....

İş prinsipi aşağıdakı kimidir. Güzgü üzərinə qoyulan obyekt tərpənən işıq vasitəsilə “seyr”edilir.
Yəni lampa bütün obyekt boyu keçir. Sonra güzgü vasitəsi ilə hissedici matriksə(CCD element) ötürülür. Daha sonra kompüterə zolaqlar şəklində birləşdirilir. Bununla da skanerin işi bitir. Zolaqları birləşdirib bütöv şəkil formasına salmaq isə proqram təminatının ixtiyarına verilir.
Skanerlərin skan etmə üsuluna görə bir neçə növləri vardır:
Planşet şəkilli – istifadəçi üçün çox rahatdır. Şəffaf şüşənin üzərinə lazım olan obyekt qoyulur və skaner öz işini görür. 
Əl skaneri – Bu növ skanerlərdə lampa hərəkət etmir. Skanerin özünü obyektin üzərində biz özümüz hərəkət etdirməliyik. Bu skanerin müsbət cəhəti ondan ibarətdir ki, ölçüsü kiçik olur və daha ucuz olur. Lakin mənfi cəhətləri də vardır. Təsvir dəqiq alınmır. Çünku əllə bərabərsürətli hərəkət etdirmək mümkün deyil. Bəzən əyri hərəkət etdirə bilərik. Bu amillərinə görə bu tip skanerlər səliqəli təsvir vermir.
Səhifələyən skanerlərə kağızı çoxlu miqdarda qoymaq olar. O özü səhifələyib hər səhifəni skanerlə skan edəcək. Kitabları bu cür skanerlərlə rəqəmli formaya salırlar. Lakin xarici kitabxanalarda qədimi və qiymətli kitabları bu cür skanerin ixtiyarına vermirlər. Çünki nazik və köhnə kağızları zədələyə bilər.
Bunlardan başqa skanerlərin digər növləri də vardır.

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru