Dünyanın ən varlı insanlarından olan BİLL Qeytsin möhtəşəm evi
Təsəvvür edin ki, Sizin maliyyə cəhətdən heç bir sıxıntınız yoxdur və Siz istənilən bir xəyalınızı, inanılmaz fantaziyanızı gerçəkləşdirə bilərsiniz
Belə olsaydı, özünüzə necə bir ev
tikərdiniz? Ola bilsin ki, beyninizə müxtəlif fantastik kitab, əsər,
film və ya cizgi filmlərindən fraqmentlər gəlir.
İstərdinizmi ki, ev Sizin əmrlərə tabe
olsun, sizin arzularınızı yerinə yetirsin, özü işıqlanma və temperatur
səviyyəsini quraşdırsın, qapıları da özü açsın və yır-yığışa,
səliqə-sahmana nəzarət etsin: çayırları sulasın və gələn suyu
təmizləsin. Belə görünür ki, söhbət artıq evdə deyil, bütöv bir kommunal
sistemdən gedir.
Amma belə deyil! Bill Qeyts öz ağıllı
evində beyninə gələn bütün fikirləri və arzuları yerinə yetirməyi
bacarıb. Bu Sizə inanılmaz görünə bilər, amma onun evi elə
proyektləşdirilib ki, insana elə gəlir ki, sanki tikilinin özünün
intellekti var və o, öz sahiblərinin rahatlığını təmin etmək üçün
hər-şey etməyə hazırdır.
Ev 7 il əvvəl tikilib, onun üzərində 4
landşaft mütəxəssisi, 104 elektrik, 300 naxış ustası və 30 dizayner
çalışıb. Bu layihənin müəllifi Ceyms Katler – şimal-qərbi ABŞ-ın məşhur
memarıdır. Bu komandanın qarşısında olduqca çətin bir tapşırıq
dayanmışdı – milyarderin arzusunu gerçəkliyə çevirmək. Onların bəxti
ondan gətirmişdi ki, evin sahibi pul baxımından heç bir xəsisliyə yol
vermir və onların lazımı olacaq qədər vəsaitləri vardı. 4
Əgər nə isə sahibin ürəyincə olmasaydı, bunu dərhal dəyişmək və yenidən düzəltmək lazım gəlirdi.
Ev boyu ekskursiya
Əlbəttə, çətin ki, bizə Bill Qeytsin
evinə dəvət olunmaq müyəssər olsun, amma bu ev haqqında müəyyən təsəvvür
yaratmaq imkanımız isə əlbəttə ki var.
Evə çatmamış əlbəttə ki, siz ilk öncə mühafizə ilə qarşılaşacaqsınız.
Onlar sizə bir neçə sual verərək, və Sizə xüsusi çip-sancaq verəcəklər.
Bu çipdə sizin bütün üstünlük verdiyiniz nüanslar əks olunur. Nəticədə
isə sizin qarşınızda məhz keçməli olduğunuz qapılar açılacaq. Belə bir
sistem evi pisniyyətli insanlardan qoruyur, yəni onlar evin əvvəlcədən
nəzərdə tutulmayan hissələrinə daxil olduqda təhlükəsizlik sisteminin
siqnalları işə düşür.
Evin xüsusiyyətləri
Bəs bu evin qeyri-adi tərəfi nədir?
Səkkiz mərtəbədən dördü yerin altında yerləşir. Bu Bill Qeyts ailəsinə
kifayət qədər qənaət etmək imkanı verir, belə ki yeraltı tikililər
vergiyə məruz qalmır. Amma evin özünə görə hər il 1 milyon dollar ödəmək
lazım gəlir.
Yeraltı mərtəbələr xüsusi borular
vasitəsi ilə günəş işığı ilə təmin olunur. Hava isə daima təmizlənir.
Evdə gəzərkən siz divarlarda ənənəvi rəsm tabloları görməyəcəksiniz.
Onların əvəzinə xüsusi monitorlar quraşdırılıb və bu ekranlarda dünya
rəssamlıq sənətinin şedevrləri nümayiş olunur.
Həmçinin evdə real muzey də vardır ki, burada bəzi rəssamların əl işlərini seyr etmək mümkündür.
Bill Qeysin sərvətləri içərisində onun
özəl kitabxanasını da qeyd etmək olar. O dördüncü mərtəbədə günbəzin
altında yerləşir. Burada çoxlu sayda həqiqi kitabdan başqa, xüsusi
monitorlar da var ki, onların vasitəsi ilə də daha çox kitabı elektron
şəkildə oxumaq mümkündür.
Bəlkə də bir çoxlar Billin rəqs etməyi
sevdiyini öyrənəndə təəccüblənəcəklər. Amma bu doğrudan da belədir. Əks
təqdirdə, onun öz evində açılıb-yığılan rəqs meydançası düzəltdirməsinə
nə gərək var idi? Bu meydanda nəinki işıqlandırma tez-tez dəyişir, həm
də divarlar qonaqların hiss etmədiyi şəkildə aralanır.
Çox güman ki, bu intellektual evin heç
də bütün sirləri deyil. Aydın olan əsas məsələ odur ki, yeni
texnologiyalar istənilən bir fikri gerçəkləşdirmək imkanı verir. Yetər
ki, kifayət qədər pulunuz olsun.
(c) Mənbə : www.banker.az ( sayt idarəçisindən icazə alınıb paylaşılıb bu məlumat )
No comments:
Post a Comment