Labels

Friday, March 15, 2013

VAXT haqqında maraqlı faktlar

VAXT haqqında bir-birindən maraqlı faktlar

1. Big Ben – qüllənin adı deyil, qüllənin daxilində səslənən 13-cü zəngin adıdır. 
2. Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində günəş, ulduz, su, od, qum, çarx, mexaniki, elektrik və atom saatları istifadə olunurdu.
3. Atom saatlarında altı milyon ildə 1 saniyəlik xəta ola bilər.
4. Saatlar saat əqrəbi istiqamətində - soldan sağa doğru hərəkət edir, çünki günəş saatlarında kölgə məhz bu istiqamətdə hərəkət edir.
5. E.ə. 15-ci əsrə aid olan qədim günəş saatları Misirdə aşkar edilmişdi.
6. 24 saat qurşağı mövcuddur.
7. Uzun illər (366 gün, fevralın 29 da daxil olmaqla) dörd ildən bir təkrarlanır
8. Hətta uzun saniyələr də mövcuddur
9. ABŞ istisna olmaqla, digər inkişaf etmiş cəmiyyətlər AM (ante meridiem – günortaya qədər) və PM (post meridiem – günortadan sonra) ifadələrindən istifadə etmir, belə ki çox böyük çaşqınlıq yaranır (tez cavab verin: hansı daha tezdir – 1 AM və ya 12 AM?)
10. Minillik (era), yüzillik (əsr), beşillik, il, rüb, ay, dekada, həftə, sutka, saat, dəqiqə, saniyə, millisaniyə, mikrosaniyə, nanosaniyə, pikosaniyə, femtosaniyə və s. kimi vaxt anlayışları mövcuddur. 
11. Heç kim dəqiq bilmir ki, niyə bir il 12 aya bərabərdir. Belə bir bölgü nə ay, nə də günəş təqviminə uyğun deyil. Hesab olunur ki, saatın 60 dəqiqəyə bölünməsi Babil hesablama sistemi ilə əlaqədardır, onun əsasında 10 deyil, 60 durur.
12. Bir dəqiqədə 60 saniyə olsa da, bir saniyədə 1000 millisaniyə var.
13. Ulduz vaxtının 24 saatı orta günəş vaxtının 23 saat 56 dəqiqə 4,091 saniyəsinə bərabərdir.
14. Roma rəqəmləri olan siferblatda saat dörd həmişə IIII kimi göstərilir və praktiki olaraq heç vaxt IV simvolundan istifadə olunmur.
15. “2000-ci il səhvi” deyə bir şey yoxdur. Heç olmasa, onun aradan qaldırılmasına pul sərf etməyənlərlə heç nə baş verməmişdi.

Mənbə : www.banker.az

2 comments:

 
Рейтинг@Mail.ru