Bill Qeyts niyə belə etdi?
Cənubi Koreyada işgüzar səfərdə olan "Microsoft"un təsisçisi Bill
Qeytsin prezident Pak Kın He ilə görüşü ölkədə qalmaqala səbəb olub.
Belə ki, xanım prezidentlə görüşərkən milyarder proqramçının əlini
şalvarının cibindən çıxarmamasını ictimaiyyət etirazla qarşılayıb.
Məlumata görə, bu hərəkət Cənubi Koreya ənənələrinə görə birmənalı olaraq qarşısındakı insana hörmətsizlik kimi qəbul edilir.
Qeyd edək ki, ölkə mətbuatında geniş müzakirə mövzusu olan bu hərəkətin qəbul edilən beynəlxalq protokol qaydalara da zidd olduğu bildirilir.
Məlumata görə, bu hərəkət Cənubi Koreya ənənələrinə görə birmənalı olaraq qarşısındakı insana hörmətsizlik kimi qəbul edilir.
Qeyd edək ki, ölkə mətbuatında geniş müzakirə mövzusu olan bu hərəkətin qəbul edilən beynəlxalq protokol qaydalara da zidd olduğu bildirilir.
(c) www.ictnews.az
alim olmaq asandı...adam(insan) olmaq çətindi....
ReplyDeletemədəniyyətimizin o qədər dəyərləri var ki, yerinə yetirmirik, məsələn qadınla kişinin əl-ələ görüşməməsi, bunu bizdə kimsə desə hamı başından basar, amma Cənubi Koreyada əksinə, hamı "ənənə"yə hörmət tələb edir.
Delete:)
ReplyDeleteEtikanı öyrənmək asandır, insan olmaq çətindir. Bill Qeyts insanlığın tərənnümüdür. Hər il dünyada xəstəliklərlə mübarizə üçün milyardlarla pul ayırır. Sizin rəhbərlər isə mal kimi başınızdan vurub pullarınızı alır.
ReplyDeleteƏgər Bill Qeyts bir əli cibində görüşürsə, deməli, bundan sonra belə görüşmək lazımdır.
ele de bboyudulesi problem deyil, alimleri bagislamag olar
ReplyDeleteMəncə onun vecinə deyil protokol, koreya ənənəsi. Yaxşı eləyib :)
ReplyDeleteher bir xalqin ozune mexsus qayda qanunu varda )
ReplyDeleteRahim Huseyn Mən bir xəbərdə oxuduğuma görə Bill Qeyts o pulları xəstəliklərin azalması üçün yox insanların azalması üçün ayırır :).Yani bioloji muharibə üçün.Həmin xəbərdə yazılana görə onun Afrika ölkələrinə göndərdiyi peyvəndlər çox sayda üşağın şikəst olmasına səbəb olub.
ReplyDelete